Son günlər ölkədə İNTİHARLAR niyə artır?

bitmap-img6

“Ölkədə intihar hallarının geniş yayılmasına təsir edən amillərdən ən başlıcası mediadır”. Bu sözləri azvision.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov son günlər Azərbaycanda intihar hallarının artmasına münasibət bildirərkən deyib. 

 

Onun sözlərinə görə, intihar hallarının mediada yayımlanması, təfərrüatları ilə təqdim edilməsi “qara piar”dır: “Kimlərsə bundan qorxur, digərləri isə intihara əl atır. Ölüm sakni adiləşib. Diqqət edirsinizsə, kimsə özünü binadan atmaq istəyir, onun addımının qarşısını almaq əvəzinə, telefonla videosunu çəkilər. Buna görə də hər şeyi insanların müzakirəsinə vermək olmaz. Bu məqamlar gənclər arasında intihar hallarının artmasına təsir edir”.
E.Rüstəmovun sözlərinə görə, 10-15 il əvvəl intiharın kriteriyaları başqa idi: “O zaman intihar hadisələrinə az hallarda rast gəlinirdi. Uzun sürən xəstəliklər, zərərli vərdişlərdən asılı olmaq, psixoloji və genetik faktorlar intiharların əsas səbəbləri idi. Bu gün intihar edən yeniyetmə və gənclər arasında səhhəti ilə bağlı problemləri və ya zərərli vərdişləri olan yoxdur. Gənclərin intihar etməsinə səbəb özünü tapa bilməməsi və yaxud məişət vəziyyəsində problemlər, sevgi məsələləri və s-dir. Digər tərəfdən ailə daxili konfiliktlər də yeniyetmə və gənclərin psixologiyasına daha çox təsir göstərir. Bir müddət əslində intiharlar iqtisadi səbəblərə bağlandı, banklara borclar və s. Əslində bir insanın borcu və narahatçılığı, problemi ola bilər. Əgər insan sabaha ümidlə baxa bilmirsə, həyata pozitiv yanaşa bilmirsə, o, özünə qapılır və bir müddət keçəndən sorna onda intihar kimi fikirlər formalaşır. Bu faktorlar nəzərə çarpmalı və maarifləndirmə işləri aparılmalıdır”.
Psixoloq insanların lüzumsuz informasiyalarla yükləndiyini vurğulayıb: “Texnogen dövrdə, informasiya əsrində yaşayırıq. İnsan səhər duranda və axşam yatanda telefona baxır və lüzumsuz informasiyalarla yüklənir. Bunlar zaman keçdikcə insanda ümidsizlik yarada və intiharlara yol aça bilər”.
Elnur Rüstəmov hesab edir ki, insanın özünə qapanmasına təsir edən ən mühüm amil kapitalizmdir: “Əvvəl insan bir müəssisədə 25 il işləyib, oradan təqaüdə çıxa bilirdi. Amma bu gün insan iki ildə 4 iş yeri dəyişir. Kapitalizmdə insanın maksimal həzz almaq imkanı yaradılır. Onda zaman keçdikcə insan yorulur və özünü tapa bilmir. 20 il əvvəl hər kəsin işi potensialına uyğun idi. Amma bu gün iş insanın potensialına uyğun deyil. İnsan qısa zamanda varlanmaq və hər şeyə sahib olmaq istəyir. Əvvəl ailə quran gənclər kirayədə yaşayırdı və buna normal baxırdı, çünki bilirdi ki, növbəyə durmaq lazımdır. Bu gün gənc ailə quranların əksəriyyətinin evi-eşiyi var, amma iki aydan sonra boşanırlar. Komfort bizə rahatlıq verdisə, digər tərfdən rahatlığımızı da aldı”.






Fikirlər