AzTV-nin müxbirinin oğlu intihar etdi

AzTV-nin müxbirinin oğlu intihar etdiAzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib.

Bu barədə Publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.


İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.

İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Hadisənin təfərrüatı araşdırılır.

Şahismayıl Şəmmədoğlu AzNews.az- açıqlamasında oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib: “Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdi də olub”.






Fikirlər