Yuxu rejimi pozuqluğunun ağır fəsadları- ALİMLƏR XƏBƏRDARLIQ EDİR

 yuxu

Gununsesi.info xəbər verir ki, aqressiv, qəddar səhnələrlə dolu yuxular insanın sağalmaz xəstəlik olan parkinsona 15 il qabaqcadan tutulmasına gətirib çıxara bilər.

Yuxularında belə səhnələrlə tez-tez rastlaşan və bu səbəbdən doyunca yata bilməyən, davamlı yuxudan ayılan insanların 80 faizi nevroloji pozğunluqdan əziyyət çəkir. Bu isə zaman keçdikcə parkinsona gətirib çıxarır. Ümumiyyətlə, yuxu pozuqluğu gec-tez əsəb sarsıntıları ilə nəticələnir. Belə insanlar yuxuda çox hərəkət edir, yanında yatan yoldaşını özü də fərqində olmadan itələyirlər. Bəzən özlərinə də xətər yetirirlər. Səhər oyananda qollarında, sinələrində cırmaq izlərinin olduğunu görürlər. Onların səhər oyananda gözləri qıpqırmızı olur, bütün günü isə yuxulu halda gəzirlər.

Adətən, normal yuxu rejiminə malik olan və rahat yatan insanlar müxtəlif yuxular görsələr də, sanki filmə baxan tamaşaçı kimi səhnələri kənardan izləyirlər. Yuxu rejimi pozulmuş insanlar isə, necə deyərlər, həmin filmin aktyorlarıdır. Yəni onlar baş verən səhnələrə uyğun olaraq hərəkət edirlər.

Araşdırmacı alimlər bildirirlər ki, əgər həyat yoldaşınız və ya ailə üzvünüz yuxuda kəskin hərəkətlər edirsə, deməli qorxunc yuxular görür. Ona görə də onu ehmalca, oyatmadan (çünki bu vaxt qəfil oyanan adamlarda qıcolmalar yarana bilər) böyrü üstə çevirmək lazımdır.

 






Fikirlər