Monika yenə də təəccübləndirdi - FOTOLAR
Dünya şöhrətli italyan aktrisası Monika Belluççi yenə də diqqət mərkəzindədir. Publika.az xarici KİV-ə istinadən bildirir ki, 52 yaşlı italiyalı aktrisa bu dəfə "Vanity Fair" jurnalı üçün kamera qarşısında poz verib. Sentyabr buraxılışı üçün fotosessiya etdirən Monika müxtəlif obrazlarda olub. Belluççi çəkilişlərdən fotoları sosial şəbəkədə yerləşdirib. İzləyiciləri onun hər yaşda gözəl olduğunu vurğulayıblar.