Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca BATIR

Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca batır

"ATV səhər” proqramında yenidən aparıcı kimi fəaliyyətə başlayan Turan İbrahimov son günlər mətbuatda Allahşükür Paşazadə ilə qudası Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.

AzerTaym.az Oxu.Az-a istinadən xəbər verir ki, o, canlı yayımda "Əslində, bu hay-küyün ortaya çıxmasında günahkar kimi Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələr göstərilir. O müsahibəni mən də oxumuşdum, "Şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da, yəqin ki, varisi oğlu olar” şəklində ifadələri müzakirələri genişləndirdi. Məncə, Hacı Qalib Salahzadə bu müzakirələrdə sakitləşdirici rol oynamaq istəyirsə, gərək, ümumiyyətlə, danışmasın. Danışdıqca batır. Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa, necə imanlıq edə bilər?” söyləyib.

Sözügedən videogörüntünü təqdim edirik.

 






Fikirlər