1969-cu ildə üçrəngli bayrağımızı xəlvəti olaraq Azərbaycana kim gətirdi?
Bunun üçün M.Kəngərli Azərbaycandan gəlmiş bir çox tanınmış elm, incəsənət adamlarıyla tanış olmuş, onlarla Azərbaycanın müstəqilliyi, gələcəyi barədə söhbətlər etmiş, onların Azərbaycanın müstəqilliyinə baxışlarını öyrənmək istəmişdir.
M.Kəngərli qeyd edir ki, bir dəfə o Azərbaycandan çox ünlü bir sənətçinin - Zeynəb Xanlarovanın gəldiyini eşidir və onunla görüşməyə nail olur. Görüş zamanı M.Kəngərli Zeynəb Xanlarova ilə Azərbaycanın azadlığı barədə söhbət etmək istədikdə qarşı tərəfin reaksiyası onda çox böyük məyusluq doğurur. Zeynəb Xanlarova deyir ki, "məni belə şeylərə qatmayın, mən siyasətçi deyiləm, mən öz sənətimlə məşğulam"
Daha sonralar M.Kəngərli Maestro Niyazi ilə görüşür. Maestro Niyazi ilə görüş çox maraqlı alınır. Maestro Niyazi Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğunu bildirir. M.Kəngərlinin qeyd edir ki, "Maestro Niyazi ilə görüş məni çox məmnun etdi və mən çox sevindim ki, Azərbaycanda bu cür düşünən insanlar var."
M.Kəngərli daha sonralar Dünya şöhrətli alim - Xudu Məmmədovla görüşür.
X.Məmmədovun Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmaq istəyini və həvəsini görən M.Kəngərli bu görüşdən çox təsirlənir. Və 1969-cu ildə Xudu Məmmədov M.Kəngərlidən aldığı üçrəngli bayrağımızı gizli şəkildə Azərbaycana gətirir.