Mən anlamıram, bu ölkə beş-üç nəfərə aiddir?”
"Kaş öləydim, bunları görməyəydim..."
Bu gün (dünən – red.) bu ölkənin 3 igid oğlu gənc yaşında Vətən uğrunda şəhid olub... Axı, bu, nə toy-düyündür efirlərdə?...
Bunu tanınmış müğənni, əməkdar artist Aybəniz Haşımova öz Facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.
“Mən anlamıram bu ölkə beş-üç nəfərə aiddir?... Bu, nə toy-düyündür efirlərdə?...
Oxuyursuz heç olmaya həzin, lirik musiqilər ifa edin... Elə bilirsiz düşmən baxmır bizə? İndi deyir ki, bunlara bax, biz bunların balasını öldürürük, bunlar isə...
Nə isə... Kaş öləydim, bunları görməyəydim”, - deyə əməkdar artist daha sonra sözlərinə əlavə edib