İlhamə Quliyeva xəstəxanada - Əməliyyat olundu



 

Xalq artisti İlhamə Quliyeva Türkiyədə ayağından əməliyyat olunub.


AzNews.az xəbər verir ki, müğənninin teleqraf.com-a verdiyi açıqlamaya görə, bir müddət əvvəl onun ayaq damarlarında problem yaranıb: "Ürək əməliyyyatından sonra damarlarımda problem yaranmışdı. Ona görə də Türkiyədə ayağımdan əməliyyat keçirdim. Hazırda ayaqlarıma ağırlıq salmaq, incitmək olmaz. Ümumiyyətlə, yay fəslini səhhətimlə məşğul oldum. Bir az yaxşı olum, inşallah, işlərimə başlayacam".

Xalq artisti yaradıcılığı haqqında da məlumat verib: "Rusiyada konsert verəcəm və hazırda konsertə hazırlaşıram. Bununla yanaşı, bölgələrimizdə də konsert proqramı ilə çıxış etmək fikrim var". 






Fikirlər