““Soyuq günəş””i mən də böyük bir film kimi bəyənmirəm, amma şərait olsaydı...”

““Soyuq günəş””i mən də böyük bir film kimi bəyənmirəm, amma şərait olsaydı...”

Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Füzuli Hüseynovun doğum günüdür.
 
Moderator.az-ın əməkdaşı aktyorla əlaqə saxlayaraq doğum gününü təbrik edib və təəssüratlarını öyrənib. F.Hüseynov Moderator.az-a açıqlamasında doğum gününü adi günlərdən biri kimi qeyd etdiyini bildirib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən danışıb:
 
“Əvvəla, iki yüz ildə ilk dəfədir ki, dövlətimiz öz ərazi bütövlüyünü bərpa elədi. Unikal, belə gözəl müharibə heç vaxt aparmamışdıq. Dəqiq, vaxtında, ölçülüb-biçilən. Dövlət başçımız Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin hardasa 40 gününü efirlərdə oldu. Özü təbliğatla məşğul idi və bunların da çox böyük əhəmiyyəti oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Təbii ki, çox böyük uğurdur, başımız dik, alnımız açıq gəzə bilərik. Bunu sözlə ifadə etmək çox çətindir. Amma qürurvericidir, vətən üçün ölməyə dəyər. Heyf ki, yaşımız keçdi və döyüşlərdə iştirak edə bilmədik, amma qəlbimizlə, ruhumuzla onların yanında olduq”. 
 
Aktyor rol aldığı “Soyuq günəş” filminin son zamanlar tənqid atəşinə tutulmasına da münasibət bildirib:
“Soyuq günəş”i mən də çox böyük bir film kimi bəyənmirəm, amma tənqid edən özü bilər. Amma sizə bir şeyi deyim ki, əgər bu filmin maddi imkanları yaxşı olsaydı, bəlkə də son otuz ildə çəkilən filmlərin ən gözəli ola bilərdi. Heç bir şəraitin, maddi imkanların olmaması müqabilində belə bir filmin çəkilməsi mənə belə gəlir ki, mühüm hadisədir. Filmi bəyənənlərin sayına baxsanız görərsiniz ki, filmə minlərlə şərh yazırlar, az müddətdə baxış sayı üç milyonu keçib. Təbii ki, hər şey biz istədiyimiz kimi olmayacaq. Tənqid də, bəyənməmək də olacaq. Heç kim məcbur deyil ki, kimisə bəyənsin və ya bəyənməsin. Hər şeyə normal yanaşıram”. 

 






Fikirlər