Xəbər verdiyimiz kimi Xalq artisti ailəsi ilə birlikdə Şuşa şəhərinə gedib. O, ailə üzvləri ilə birlikdə İsa bulağında 35 il öncəki fotosunun təkrarını çəkdirib.
Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev Şuşada bu şəklin təkrarını bir gün çəkdirəcəyinə inamadığını bildirib:
“Doğrusu ikinci şəkili təkrar çəkdirəcəyimə heç inanmırdım. Aradan 35 il keçib. Amma çox şükürlər olsun ki, bu baş verdi. Məni iki dəfə Şuşaya dəvət etmişdilər, amma səhhətimdəki problemlərə görə gedə bilməmişdim. Amma bu dəfə dedim ki, əgər ailə üzvlərimlə birlikdə getməyimə icazə versəniz, Şuşaya gedərəm. İcazə verdilər və orda məndə qəfildən yadıma düşdü ki, biz 1986-cı ildə burda şəkil çəkdirmişik. Təklif etdim ki, gəlin bunu 35 ildən sonra təkrar çəkdirəyin. Görürsünüz orda uşaqlar böyükdü, saçları ağarıb. (Gülür) Çox maraqlı və qəribə bir hiss yaşadım. Amma həqiqətən inamım yox idi ki, Şuşaya bir də gedə bilərəm.
1986-cı ildə birdən ağlıma gəldi və uşaqlara dedim ki, durun Şuşaya gedək. Onda 4-5 gün oteldə qaldıb istirahət etdik. İndi o otelə baxdım ermənilər “Arsax” yazıbmışlar, amma Prezident göstəriş verib söküblər və adını “Xarıbülbül” qoyublar. Şuşaya bu dəfə oğlumun maşınıyla sentyabrın 18-də axşam getdik. Sentyabrın 20-də günorta isə Bakıya qayıtdıq”.
Fikirlər