101 yaşında hələ də işləyən kişi uzunömürlüyün sirrini bölüşdü... - FOTOLAR

101 yaşında hələ də işləyən kişi uzunömürlüyün sirrini bölüşdü... - FOTOLAR

ABŞ sakini 101-ci ad günündə uzunömürlüyün sirrini bölüşüb. Nyu-Cersidən olan Lenni Landau 1920-ci ildə anadan olub, sonra konteyner daşıma şirkətində işə düzəlib və indi də orada işləyir. Yaşının çox olmasına baxmayaraq, amerikalı müntəzəm olaraq idmanla məşğul olur və dostları ilə görüşür. O, 101 yaşını ailəsi və dostları ilə birlikdə restoranda qeyd edib.

Moderator.az bildirir ki, bu barədə pix11.com portalı məlumat yayıb. Kişi uzunömürlüyünün səbəbləri sırasında həyata, sevimli işinə və özündən 25 yaş kiçik olan gənc həyat yoldaşı Saydelə olan məhəbbətini göstərib: “Mənim gənc həyat yoldaşım və gənc dostlarım var və mən “Hər gün yaxşılıq et!” deyən bir əxlaqa əməl edirəm”.

Bundan əlavə, Landau İkinci dünya müharibəsindən sonra heç vaxt xəstələnmədiyini bildirib. Kişi mütəmadi olaraq qripə qarşı peyvəndlər aldığı və həkimlərin tövsiyələrinə həmişə əməl etdiyi üçün özünü belə sağlam hesab edir.






Fikirlər