MÜĞƏNNİLƏRİMİZİN “KİŞİ” DAVASI BİTDİ

MÜĞƏNNİLƏRİMİZİN “KİŞİ” DAVASI BİTDİ  Təranə Qumral Nazəninə 10 000 manat təzminat ödəyəcək

Müğənnilər Təranə Qumral və Nazənin arasında 8 ay əvvəl Rövşanə Bektaşinin “Bazar səhəri” verilişində yaşanan insidentdə əsası qoyulan məhkəmə qalmaqalı başa çatıb. Nazəninin mətbuat katibi Tahirə Məmmədqızının ANS PRESS-ə verdiyi məlumata görə, məlum qalmaqaldan sonra tərəflər məhkəmədə görüşəsi olublar.
Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını həll etdiyi üçün qapalı şəraitdə keçirilib. Məhkəmə Təranə Qumralın böhtan və yalanlarının əsassız olduğunu sübut edib. Məhkəmənin Nazəninin xeyrinə qərar çıxarıb. Qərara əsasən Təranə Qumral qarşı tərəfə böhtan atdığı, şərəf və ləyaqətini təhqir etdiyi üçün 10 min manat mənəvi təzminat ödəməlidir.
Eyni zamanda məhkəmə araşdırması zamanı həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə münasibəti olduğu sübut olunub. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə SMS yazışmaları üzə çıxarılıb.
Xatırladaq ki, müğənnilər Təranə Qumral və Nazənin arasında ciddi insident yaşanmışdı. Təranə Qumral Nazəninin ünvanına səsləndirdiyi ittihamlardan sonra qarşı tərəf, yəni Nazənin canlı telefon bağlantısına qoşularaq Təranənın onun həyat yoldaşı ilə münasibətdə olduğunu bildirmişdi.






Fikirlər