Məşhur diktor Ofeliya Sənani: “Efiri bunlardan TƏMİZLƏMƏK LAZIMDIR”

  

Bir müddət əvvəl xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətinin yaxşı olmadığı barədə məlumat vermişdik.

Modern.az saytı yenidən xalq artisti ilə əlaqə saxlayıb. Ofeliya Sənani saytımıza açıqlamasında deyib ki, indi səhhəti normaldır.

İndi səhhətim normaldır. Pis deyil. Bu da onunla bağlıdır ki, evdə deyiləm. Bir həftə olar ki, şəhərdən uzaqdayam.  Görünür, şəhərin səs-küyündən uzaqda olmağım səhhətimə yaxşı təsir edib. Özümü yaxşı hiss edirəm. Həm də ailəmlə, nəvələrimlə bir yerdə olanda, əhvalım da əla olur. Hələ bir müddət də Qubada dincəlməyi düşünürəm”.

Xalq artisti mətbuat günündə belə, unudulmadığını deyib.

Mətbuat günündə məni heç kəs unutmadı. Çoxlu zənglər oldu. Əsas odur ki, unudulmamışam, yaddan çıxmamışam”.

Ofeliya Sənani yeni mövsümdə işləmək təkliflərindən də söz açıb.

Bu yaşımda belə, nitq mədəniyyətindən dərs deməyimi istəyənlər var. Amma yaşımın elə vaxtıdır ki, gərək dincələm. Bu yaşımda niyə özümü işləməyə məcbur etməliyəm?! Amma nitq mədəniyyətinin inkişafı məni çox maraqlandırır. Çox bərbad vəziyyətdə danışırlar. Efiri bunlardan təmizləmək lazımdır. Yenə də dəvət edərlər gedərəm, etməzlər oturaram evimdə”.

Qeyd edək ki, Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib.

 Onun həyat yoldaşı, mərhum Valid Sənani də diktor idi.

AzerTaym.az 

 

 






Fikirlər