Ayı, yoxsa delfinsiniz? - 45 saniyəlik TEST
Sağlam yaşamaq deyəndə idman, yaxşı qidalanmaq, normal yuxu kimi amillər sadalanır. Amma bunlar nə qədər vacib olsa da, hansı saatlarda etməyiniz də o qədər önəmlidir. Publika.az xəbər verir ki, alimlər sağlam yaşamaq üçün hər kəsin bunları etmək üçün fərqli saatlarının olduğunu müəyyən edib. İnsanların bioloji saatlarını incələyən xronobiologiya elmi ilə məşğul olan alimlər bu istiqamətdə araşdırma aparıblar. Psixoloq və yuxu üzrə mütəxəssis Mişel Breus 4 əsas xronotip olduğunu açıqlayıb. Bunlar delfin, aslan, ayı və canavardır. İnsanların təxminən yarısı ayı qrupuna daxildir. Digərləri isə qruplar arasında bərabər şəkildə bölünüblər. Alim hər qrupun xüsusiyyətləri və vaxtlarının gündəlik planlarına uyğun necə bölündüyünü açıqlayıb.
Delfinlər - bu qrupa daxil olanlar, adətən, daha az yatır. Hətta yuxu problem belə yaşaya bilirlər. 6:30 Yuxudan oyanmaq və idman 7:30 səhər yeməyi 9:30 Qəhvə saatı 10:00-12:00 Yaradıcı işlərlə məşğul olma, beynin ən işlək vaxtı 12:00 Nahar edirlər 13:00-16:00 Özlərini yorğun hiss etsələr, kiçik bir gəzintiyə çıxırlar. 16:00-18:00 Zehni işlərlə məşğul olurlar, işlə bağlı məktublaşırlar. 18:00 Yoqa və meditasiya 18:30-20:00 Axşam yeməyi 22:30-23:30 Texnologiyadan uzaqlaşmaq, duş qəbul edib, kitab oxumaq 23:30 Yatmaq vaxtı
Aslanlar -bu qrupa daxil olanlar səhər yuxudan yüksək enerji ilə oyanırlar. Ancaq axşam tez yorulurlar. 5:30 Yuxudan oyanma və səhər yeməyi 6:00-7:00 Gündəlik işlərin planlaşdırılması, gələcəklə bağlı düşünmək və meditasiya 9: 00-10:00 Səhər yeməyi 10:00-12:00 Görüşlər, iclaslar 12:00 Nahar edirlər 13:00-17:00 Beyin işlək vəziyyətdə, gündəlik yazışmalar 17:00-18:00 İdman 18:00-19:00 Axşam yeməyi 22:00 Ətrafdakı televizor, telefon, kompüterlər söndürülür 22:30 Yatmaq vaxtıdır
Ayılar - bu qrupun bioloji saatı Günəşin doğması ilə batması arasındadır. Gecə 8 saat yuxu mütləqdir. 7:00 Yuxudan oyanma, bir neçə dəqiqə idman 7:30 Səhər yeməyi 9:00-10:00 Günün planlanması 10:00 Qəhvə saatı 10:00-12:00 Çətin işlərlə məşğul olmaq, iş yazışmaları 12:00 Gəzinti, nahar etmək və sonra bir az daha gəzmək 14:30-14:50 Qısa bir yuxu, meditasiya 15:00-18:00 Telefon danışıqları, yazışmalar 18:00-19:00 Axşam yeməyi 20:00-22:00 Beyin işlək vəziyyətdə 22:00 Texnologiyadan uzaqlaşmaq 23:00 Yatmaq
Canavarlar - bu qrupa daxil olanlar səhər yuxudan çətinliklə oyansalar da, axşamlar daha enerjili olurlar. 7:00-7:30 Ard-arda zəngli satin səsi ilə oyanma və özünəgəlmə prosesi 7:30 Səhər yeməyi 8:30 Bir neçə dəqiqə açıq havada idman 9:00 Günü planlaşdırma 11:00-13:00 Qəhvə saatı və çətin işlərlə məşğul olmaq 13:00 Gəzinti və nahar 16:00-18:00 İclaslar və iş yoldaşları ilə fikir mübadiləsi 18:00-19:00 idman 20:00 Axşam yeməyi 23.00 Telefonları söndürmək və ilıq duş almaq 00:00 Yatmaq Əgər bu yazılanlardan sonra siz hələ də, bioloji saatınıza uyğun hansı qrupa aid olduğunuzu müəyyən edə bilməmisinizsə, o zaman Breusun saytından (https://thepowerofwhenquiz.com/) 45 saniyədə suallara cavab verməyiniz yetərlidir.