RAMAL YENƏ BİBİSİ OLAN EFİRƏ GƏLMƏDİ
Əməkdar artist Mələkxanım Eyyubova ailəsi ilə birlikdə "Zaurla Günaydın" verilişinə qatılıb. Axşam.az-ın məlumatına görə, proqrama daha sonra xanəndənin qardaşı, müğənni Ramal İsrafilovun atası Əliyaqub bəy oğulları ilə birlikdə gəlib. Amma Ramal onların yanında olmayıb. Aparıcı Zaur Baxşəliyevin "Bəs, Ramal hanı" sualına Əliyaqub bəy zarafatla "Qapının yanında çox gözlədi, axırda da getdi" cavabını verib.
Qeyd edək ki, Ramal bundan əvvəl də M.Yaqubovanın ad günü münasibətilə olan proqrama getməmişdi. Buna görə xalq artisti ilə sənətçi küsmüşdü.