AZƏR AXŞAM birinci arvadından danışdı - İnanılmaz etiraflar

“Azər Axşam birinci arvadından danışdı - İnanılmaz etiraflar

Aktual.az xəbər verir ki, "ATV Maqazin onlarla" verilişində Azər Axşam uğursuz birinci ailə həyatından və 18 yaşlı oğlundan danışdı: “Valideynlərimiz razı deyildi. Atamın imkanı olmadığı üçün toy edə bilmədim. 18 yaşında Cavidan adlı oğlum var. Xaricdə olduğu üçün görüşə bilmirəm”.

Birinci evliliyi uğursuz nəticələnən Azər ikinci dəfə ailə qurub. O, dayısı qızı ilə evlənib. Xoşbəxt olduğunu bildirən Azər ikinci evliliyindən də danışıb: “Qohum kimi görüşürdük. O zamanda birinci ailəmlə ayrılmaq ərəfəsində idik. 12 yaş fərqimiz var. Bacısının toyunda görüb, bəyəndim. Qısa zamanda evləndim”.

Azər Axşam təhsilli qadınları bəyəndiyini bildirib: “Təhsilli qadın həyat yoldaşını daha yaxşı anlayır. Xanımın işləməyini bəyənirəm. Həyat yoldaşından ancaq sevgidə asılı olsun. Ailəni saxlayan qadın məhəbbətidir. Kişi dənizə düşən qayıq kimidi, külək vurdu, apardı, apardı”.

AzerTaym.az

P.S Azər Axşam m,ailəsini sevən,ailəsinə baglı kişini FIRTINA da olsa apara bilməz!!!






Fikirlər