Fırıldaqçı məşhur müğənninin azərbaycanlı prodüserindən 100 min tələb edib

Türkiyədə özünü polis kimi təqdim edən oğru məşhur müğənni Müəzzəz Ərsoyun azərbaycanlı prodüseri Azər D-ni soymaq istəyib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğru Azər D.-yə zəng edərək, hesabının terror təşkilatı tərəfindən ələ keçirildiyini, buna görə də, polisə 100 min türk lirəsi məbləğində kömək etməli olduğunu deyib. Azər D. zəng edənin oğru olduğunu başa düşüb və polisə zəng edib.

Polis əməkdaşları azərbaycanlı prodüserlə birlikdə plan qurub və onun həmin oğru ilə yenidən əlaqə saxlamasını tələb edib. Bundan sonra Azər D. oğru ilə yenidən danışıb və görüş təyin edib. Təqsirləndirilən şəxs A.B. görüş yerində cinayət başında yaxalanıb.

Qeyd edək ki, Azər D.-nin sosial şəbəkələrdəki hesablarında soyadını Ərsoy kimi yazdığına və müğənni ilə çoxlu fotoları olduğuna görə oğru onun Müəzzəz Ərsoyun oğlu olduğunu zənn edib.






Fikirlər