“Ayağa Qalx ey Türk Oğlu!“

“Ayağa Qalx ey Türk Oğlu!“Türk Himni" dinləyicilərin ixtiyarına verildi.

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Nuriyyə Hüseynovaya aid olan və onun tərəfindən ifa edilən "Türk Himni"("Ayağa Qalx ey Türk Oğlu!") artıq dinləyicilərin ixtiyarına verildi.
Mahnı ilk dəfə əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Macarıstanda keçirilən V Turan Qurultayının açılışında canlı ifa edilibdir. Ayrı-ayrı Türk cümhuriyyətləri və toplumlarından gəlmiş çox saylı qurultay nümayəndələrinin rəğbətlə qarşıladığı mahnı məhz həmin qurultay üçün özəl olaraq hazırlanmışdı və artıq bütün dinləyicilərin ixtiyarına verilib.
Mahnının mətnindən görəcəyiniz kimi bütün Türk Dünyasının birlik və bərabərliyinə, ortaq gələcəyə səsləyən yeni sənət əsəri yalnız Azərbaycan sənətsevərləri üçün deyil, bütün Türk Dünyası sevdalıları üçün maraqlı olacağına ümid edirik.

Nuriyye Huseynova "Qalx Ayağa Ey Türk Oğlu"







Fikirlər