SEYRAN Səxavətlə FOTOSÖHBƏT

Modern.az saytı tanınmış yazıçı Seyrən Səxavətlə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləyib (1962-1964). Sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olub (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışıb, sonra iki il İranda tərcüməçi işləyib (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərib (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləyib (1981-1991).

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlayıb. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram Teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulub.

2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb.

Seyran Səxavət ailəlidir, 3 övladı var.

 

1952-ci il, Qarabağda Turşsu var, biz hər ay orada istirahət edirdik.  Nənəm, anam, bacılarım, qardaşlarım və mən.

 

 

Bu şəkil də 1956-cı ildə Turşsuda olduğumuz vaxtda çəkilib. Nənəm, anam, böyük bacım, qardaşlarım və mən.

 

Seyran Səxavət 16 yaşında, dünyanı bəyənməyən vaxtları. Elə bilirdim əlimi çənəmə qoymaqla şair oldum.

 

 1962-ci il Fizuli. Yanımdakı rusdu, rəssam idi, adı Viktor Dutkin. Gəlmişdi Fizuliyə, orada tanış olduq.

 

Burada 16 yaşım var idi. Ağdamda “Lenin yurdu” qəzeti çıxırdı, orada şeir dərnəyi var idi. Fizulidən 60 km uzaqlıqda idi, avtobusla dərnəyə gedirdim. Sol tərəfimdəki Ağdamda məşhur olan Murad Yusifbətli, sağ tərəfimdəki isə Elmar Qasımovdu.

 

Birinci kursda oxuyan vaxt çəkdirmişəm.

 

Tələbəlik illərində çəkilən daha bir şəkil , il 1965.

 

 

1974-76-cı illərdə İranda şahın zamanında tərcüməçi işləmişəm.  Şəkildəkilər sovet mütəxəssisləridir.

 

 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə çəkilib. 

 

 Tofiq Abidin və digər dostlarla, il 1976.

 

 

Bu şəkil 1976-cı ildə çəkilib. Sabir Rüstəmxanlı,Hüseyn Arif, Ayaz Vəfalı, Seyran Səxavət Ağacavad Əlizadə.

 

Rus yazıçı Yevgeni Nekrasov, onun uşağı və mən. 1976-cı ildə çəkilib.

 

SSRİ Müdafiə Nazirliyində Bişkek (əvvəkli adı Firuzə) şəhərində tərcüməçi işləmişəm.

 

1988-ci ildə çəkilən bir şəkildi. Şəkildə Abbas Abdulla və digər tanınmışlar var. Zağulbada gənc yaradıcıların seminarı zamanı çəkilib.

 

1989-cu ildə İspaniyada olanda çəkilib. Masanın üzərindəki şeytandı, onlar onu yeyirdi. Bizim üçün maraqlı idi.

 

Subaylığa əlvidə dediyim günün fotosu. Mən və həyat yoldaşım.

 

Professor Musa Yaqub və həkim dostumuz xanımla. 

 

 Xalq artisti, Azərbaycan Dram Teatrının direktoru Azərpaşa Nemətovla bir arada. İl yadımda deyil, Ağsuya rəhmətlik Səməndər Rzayevin yubileyinə getmişdik.

 

Bu şəkil 2005-ci ildə çəkilib. Professor Mürşüd Məmmədli, Musa Yaqub və mənim uşaqlıq dostum akademik Hətəm Quliyevlə birlikdəyik.

 

 

Böyük yazıçı Aleksandır  Ebanoidze ilə 2005-ci ildə çəkilib. Uzun müddət “Drujba naroda” jurnalının baş redaktoru olub. Əslən gürcüdür, amma Rusiyanın ən güclü rusdilli yazıçılarından biridir.

 

Xanəndə Süleyman Abdullayevlə birlikdə.

 

Oxuculara imza verirəm, təxminən 2012-ci il olar.

 

Azəri qızı Günel, mən və onun qohumu...

 

Elza Seyidcahanla birlikdə...

  

 

Uşaqlıq dostum akademik Hətəm Quliyevlə birlikdə

 

Mağar toyunda tost deyirdim. Yanımdakılar da bibilərimdi.

 

 

Məşhur türk  müğənnisi Mehmet Özkaya ilə birlikdə. Şəkil ötən il çəkilib.

 

Ankarada motosiklet sürmək eşqinə düşmüşdüm.

 

 

 

Mehmet Özkaya, Rəşad Məcid və Seyran Səxavət

 

14 külqabı və mən. Mən nəsə yazırdım, xəbərim olmadan çəkilib, xoşuma gəlir bu şəkil.

 

 

Mustafa Kamal Atatürkün xidməti avtomobili...

 

Bu şəkil də Türkiyədə çəkilib. Xanım həmyerliyimiz Aida Zeynalovadır.

 

Ankaraya getdinsə, mütləq Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməlisən.

 

 Ankara Böyük Şəhər Bələdiyyəsi Cəbəci məzarlığı. Məhəmməd Əmin Rəsulzadə həmin məzarlıqda dəfn edilib.

 






Fikirlər