KAMRAN HƏSƏNLİ: "Döyülüb evə getməyimi anam mənə bağışlamazdı"

Image result for Kamran Həsənli:

Tanınmış aparıcı və şoumen Kamran Həsənli illərdir ki doğum gününü qeyd etmir. Bu il də o, ənənənəsinə sadiq qalıb.

Təəssüratlarını yenicag.az-la bölüşən K.Həsənli bunun səbəbini belə izah edib:

"Bizim ailədə 12 yaşdan sonra doğum günlərini qeyd etmək ənənəsi olmayıb. Uşaqlıq illərində valideynlərim mənə ad günləri keçiriblər, hədiyyələr alıblar. Yadımdadır ki, mənə yellələnən at və qılınc almışdılar. Düz bir həftə məni o atdan düşürə bilmədilər. Plastmas qılıncımla qabağıma çıxan həyət uşaqlarını qorxudurdum. Davakar olmamışam, amma mənə sataşanın cavabını vermişəm. Çünki döyülüb evə getməyimi anam mənə bağışlamazdı".

"Uşaqlığımız beynəlmiləl mühitdə keçib, Avropa düşüncəsi ilə böyümüşük. İtalyan, ispan, eləcə də özümüzün milli musiqilərimizi dinləmişik. O vaxt məşhur musiqi qrupları vardı ki, onları dinləyə-dinləyə böyüdük", - Həsənli hər zaman keçmişinə sadiq qaldığını deyib.






Fikirlər