Dudayevin həyat yoldaşı: “BEŞ ÇEÇEN PREZİDENTİi...”

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Rusiya xalqı artıq 25 ildir ki, müharibə şəraitində yaşayır.

 Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində məşhur çeçen lider Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayeva söyləyib.

Onun sözlərinə görə, hazırda rus xalqının mentaliteti çox dəyişib:

 “Rusiya indi yeni şəhərlər, bağlar salmır. Onların heç Gürcüstandakı kimi yolları, səhiyyələri, xəstəxanaları, təhsilləri yoxdur. Rusiya hər şeyini hərbi sənayeyə yatırır. Rusiya 25 ildir ki, vuruşur. Müharibə Çeçen-İçkeriya Respublikası, Gürcüstan, Ukrayna, Suriyada getdi. Məhz buna görə də xalqın əksər hissəsinin mentaliteti dəyişib”.

 O, çeçen xalqının ən xoş və ən bəd günlərini bir yerdə yaşadıqlarını bildirib:

 “Biz müharibədə vahid idik. Allaha dua edib, yalvarırdıq ki, o bizə qələbə göndərsin. Ölənləri bir yerdə dəfn edib, bir yerdə ağlayırdıq. Rus-çeçen müharibəsinin ədalətsizliyini görən rus xalqının ən yaxşı nümayəndələri bu müharibənin baş çatması, çeçen xalqı haqqında həqiqətin deyilməsi üçün öz həyatlarını qurban verdilər. Bütün dünyaya bu şəxslərin adları bəllidir. Bunlar sırasında Anna Politkovskvaya və digərlərinin adları var. Bütün çeçen xalqını hazırkı rejimin tərəfdarı kimi qəbul etmək olmaz. Bu xalq onillərlə Rusiya işğalına müqavimət göstərib. Beş çeçen prezidenti hər iki rus-çeçen müharibəsi zamanı qətlə yetirilib, ən yaxşı döyüşçülər öldürülüb, sağ qalanlar isə təqiblərdən canlarını qurtarmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Üstəlik, dəhşətli cəzalar, qətllər, İçkeriya, Mozdok, Kislovodsk, Stavropol, Şimali Qafqazda olan konslagerləri yaddan çıxarmaq olmaz. Putin hakimiyyətdə qaldığı müddətdə Kadırovun hakimiyyəti davam edəcək. Bu isə əbədi deyil”.

  Qeyd edək ki, Çeçen-İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayev olub. O, Rusiya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilib. Dudayevin həyat yoldaşı hazırda İsveçdə yaşayır. AzerTaym.az






Fikirlər