"MASAJ salonu "CƏNNƏT"dirsə, orada XİDMƏT göstərənlər də yəqin, Mələklərdir" - FAZİL MUSTAFA
Millət vəkili Fazil Mustafa Facebook səhifəsində müxtəlif ictimai-iaşə müəssisələrinə, əyləncə yerlərinə qoyulan uyğunsuz adlar haqqında yazıb Bəlkə də var, ancaq hər halda bizdəki qədər populyar deyil, şəxsən mən bu adda bir ictimai iaşə obyektinə rast gəlməmişəm. İndi də bizim şair özünü əziyyətə salmadan xoşuna gələn çölü, düzü dərhal kəsə yolla Cənnətə bərabərləşdirir. Biri də götürüb sabah yazacaq ki, Kürdəmirin, Zərdabın şoranlaşmış torpaqlarındakı duz qatı elə Cənnətin duzudur. Forma, yəni qafiyə düzəlsin, mənanın nə olması artıq dinləyicinin problemi sayılır. Bunlar əslində Cənnət-Cəhənnəm motivli anektod, məsxərə mətnlərinin zəngin olduğu bir məkanda adi hal kimi də qarşılana bilər. Mən hər halda bunu cəmiyyətimizin ciddiyyyətsizliyinin, Allah-insan münasibətlərinə lağlağı ilə yanaşmasının bir göstəricisi kimi baxıram. Elə bunları düşünərkən işıqforda dayandığım vaxt maşınımın azca açıq qalmış pəncərəsindən bir kağız parçasını azyaşlı bir qız uşağı içəri göndərdi; hələ yaşıl işığa 25 saniyə qaldığını nəzərə alaraq bu reklam kağızına göz gəzdirdim. Yazılmışdı: "Cənnət" masaj salonu sizə aşağıdakı xidmətləri təklif edir...Bir, iki və sairə. Düşündüm ki, salonun adı Cənnətdirsə, o zaman xidmət göstərənlərə də avtomatik olaraq Mələklər deyirlər...
Səhər erkəndən ənənə üzrə futbola yola düşəndə radionu açıb yol boyu musiqi dinləmək istədim. İnsafən xoş ovqat yaradan musiqilər idi. Ancaq bir məqam diqqətimi çəkdi ki, bizdə həyatımız necədirsə, şeirimiz, musiqimiz də elədir: formanın xatirinə mahiyyəti öldürmək. Bir təfəkkür yanlışlığının addımbaşı şahidi olursan Azərbaycanda. Müəllifini bilmirəm, ancaq mahnını sözlərinə diqqət edin:
"Təbiətin hökmü olsaydı məndə, Qanqalın ömrünü gülə verərdim!" Yaxşı ki, təbiətin hökmünü bizim şairlərə verməyiblər, yoxsa qanqalın təmiz kökünü kəsərdi və bütün uzunqulaqlar ac qalardı. Digər tərəfdən bir şeyin ömrünü başqasına vermək ənənəsi yaransaydı, ölkədə ədalətsizliklər daha da baş alıb gedərdi. Ardınca ikincİ mahnının sözləri gəlir:
Və sonda da mahnılar davam edirdi: "Cənnətim Qarabağ!" Biz mahnısını oxuduğumuz Qarabağ adlanan cənnətdə indi ermənilər yaşayır. Onlar belə mahnılar oxumurlar. Sadəcə ona görə orada yaşayırlar ki, Allahın və Təbiətin Qanunlarını adam kimi öyrənirlər və məsxərəyə qoymurlar...