"Quran"ın hansı surəsində Bakı NEFTİNDƏN bəhs edilir?
Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa" Xeyriyyə Fondunun icraçı direktoru, ərəbşünas alim Seymur Nəsirov 2017-ci ilin sonlarında Azərbaycana səfəri əsnasında saytımıza verdiyi müsahibədə Qurani-Kərimdə "Azərbaycan" sözünün olduğunu və Bakı neftindən söz açıldığını bildirmişdi. Bu açıqlama oxucular və KİV-lər tərəfindən böyük maraqla qarşılandı və qısa müddət ərzində sosial şəbəkələrdə yayıldı. Həmin müsahibə ilə bağlı Publika.az-a və S.Nəsirovun özünə ünvanlanan çoxsaylı sualları nəzərə alıb, ondan daha geniş açıqlama almağa qərar verdik. S.Nəsirovun sözlərinə görə, 20 ildən çoxdur ki, Misir kitabxanaları və ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır: "Azərbaycan tarixi İslam - ərəb dünyası ilə bağlı olduğu üçün Qahirə və İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında, həmçinin əl-Əzhər Universiteti daxil olmaqla, İslam dininin tədrisi üzrə ixtisaslaşmış elm mərkəzlərinin arxivlərində də Azərbaycana aid çoxsaylı mənbələr var. Araşdırmalarımda Azərbaycanla bağlı əldə etdiyim hər dəyərli məlumat məni çox sevindirir və tədqiqatları davam etdirməyə həvəsləndirir. Bu əməyin nəticəsi olaraq 250 dən çox azərbaycanlı alim və ədibin həyat və yaradıcılığından bəhs edən 2 kitab yazmağa müvəffəq olmuşam. Bunlardan bir neçəsini qeyd etmək istəyirəm. Qurani-Kərimin “Ğaşiyə” surəsinin 16-cı ayəsini şərh edən tunisli böyük alim İbn Aşur öz mötəbər “əl-Təhrir və əl-Tənvir” əsərində buyurur ki, "zərabiy" əslində "zərbiyə"nin cəmidir. "Zərbiyə" də "əzribiyədir". "Əzribiyə" isə Azərbaycana mənsubdur. Ərəb dilində "azərbaycanlı" sözü üç cür yazılır əzribi, əzəri və əzərbaycani. Ərəb mənbələrində əl-Himyərinin “əl-Raud əl-Mitar fi xəbər əl-Əqtar” əsərində "Xəlifə Əbu-Bəkir əl-suf əl-zribiy" (Azərbaycan yunu) cümləsi var. Əl-Səmanin “əl-Ənsəb” kitabında göstərilir ki, Xətib Təbrizinin müəllimi ondan hansı dildə danışdığını soruşduğu zaman o bildirib ki, Azərbaycan əhalisinin dili olan “Əzribiyyə” dilində danışır". "Qeyd etmək istəyirəm ki, ermənilər Səlahəddin Əyyubinin azərbaycanlı olduğunu sübüt edən mənbələrə (İbn Xəllikanın “Vəfiyyətu əl-Əyan” və İbn Əsirin əl-Kamil “fi əl-Tarix” kitabları ) istinad edərək, Səlahəddinin Ermənistandan olduğunu Vikipediyanın ərəbdili bölməsində qeyd edərək, bunu təsdiq etməyə çalışırlar. Halbuki ərəb mənbələrində bildirilir ki, Səlahəddin Misirə gəldiyi zaman ermənilər düşmən qüvvələrlə birləşib, ona qarşı müharibə elan etmiş və bu müharibədə Səlahəddin onları darmadağın edərək Misirin cənub bölgəsinə sürgün etmişdir. Bu doktor Əli Məhəmməd əl-Səllabinin “Nuriddin Mahmud Zənki” əsərində də qeyd olunur". S.Nəsirov qeyd etdi ki, araşdırmaları müddətində Misir kitabxanalarında çoxlu sayda azərbaycanlı alimin əlyazmalarını üzə çıxarmağa nail olub: "Dahi şairimiz Nizami Gəncəvinin Qahirə Kitab evində “Xəmsə” əsərinin 6 nüsxəsini aşkar etməklə yanaşı, onun Azərbaycanının Gəncə şəhərindən olduğunu sübut edən elmi məqaləm Azərbaycan və ərəb dillərində dərc olunub.Azərbaycan əsrlərdən bəri tanınan neft ölkəsidir. XIII-cü əsrdə yaşamış ən mötəbər ensiklopedik alimlərdən olan Yaqut əl-Həməvi “Mucəmu əl-Buldan” əsərində və Zəkəriyyə əl-Qəzvini “Asaru əl-Biləd və Əxbaru əl-İbad” əsərlərində Bakıdan bəhs edərkən, orada çox nəhəng ağ və qara olmaqla, iki neft quyusunun olduğunu və hər birindən gündə 1000 (min) dirhəmlik neft çıxarıldığını bildirirlər.Qurani-Kərimin ayələrini şərh edən ən mötəbər alimlərindən olan İbn Aşur öz “əl-Təhrir və əl-Tənvir” əsərində Qurani-Kərimin əl-Kəhv surəsinin 86-cı ayəsini şərh edərkən buyurur: “Bu ayədəki “Əynin Həmiətin” sözülərinin mənsı qara palçığa qarışmış çeşmədir. Görünür ki, bu quyular Xəzər dənizi sahilində, Bakı şəhərində olan neft quyularıdır və hal-hazırda da orada neft quyuları vardır…Qeyd edim ki, keçən əsrdə yaşamış ensiklopedik alim Məhəmməd əl-Tahir bin Aşur Tunisin Şeyxulislamı, müftisi və baş hakimi olmuşdur. Bütün dünya alimləri tərəfindən yüksək qiymətləndirilmiş “əl-Təhrir və əl-Tənvir” əsəri 50 il çəkdiyi zəhmətin bəhrəsidir.Bütün bunlarla bağlı daha geniş şəkildə elmi məqalə hazırlayıb yaxınlarda oxuculara təqdim edəcəm"."Qurani-Kərim"də Azərbaycan xalçası və Bakı nefti - Misirli alimdən İNANILMAZ TARİXİ FAKTLARO bildirdi ki, böyük sərkərdə Səlahəddin Əyyubinin əslən azərbaycanlı olması və bütün ərəb mənbələrinin bunu yekdilliklə təsdiq etməsi tədqiqatlarının uğurlu nəticələrindən biridir: