''Son illərin ən ciddi itkisini vermişik, amma bütün millət yenə də müharibə istəyir'' - RAUF ARİFOGLU (VİDEOLENT)

''Son illərin ən ciddi itkisini vermişik, amma bütün millət yenə də müharibə istəyir'' - Rauf Arifoğlu (VİDEOLENT)

"Rus mediası o qədər aqressiv oldu ki, elə bil Azərbaycan öz torpağını deyil, rus torpaqlarını almaq istəyir"

 

KANAL 13 internet televiziya layihəsinin "Soydaş" verilişinin 101-ci buraxılışının qonağı "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu olub. Tanınmış siyasətçi Rüfət Muradlının apardığı verilişdə mövzu Qarabağ cəbhəsində baş verən şiddətli toqquşmalarla əlaqədar olub. Musavat.com həmin verilişin video-yazısını və R. Arifoğlunun fikirlərindən anonsları təqdim edir: 
 
- Son illərin ən ciddi itkisini vermişik amma bütün millət yenə də müharibə istəyir. 
- Azərbaycan xalqı öz ordusunu nə qədər çox sevirmiş. 
 - MN Mətbuat Xidməti son Qarabağ olaylarında cəmiyyətə əvvəlki dövrlərdən daha çox məlumat verirdi. 
 
- Prezident İlham Əliyevin siyasi opponentləri bu savaşda onu tam dəstəklədilər. 
 - Bu savaşda ölkəmizin sahib olduğu ən yeni silahlar da uğurla sınaqdan çıxarıldı. 
 
- Rus mediası məni heyrətə gətirdi. O qədər həyasızcasına bir aqresiya sərgilədilər ki, elə bil Azərbaycan öz torpağını deyil, rus torpaqlarını geri almaq istəyir. 
 - Türkiyə tam arxamızda oldu son olaylarda. Rusiya medyası qərəzliliyilə seçildi. Qarabağ savaşında ermənilərin güclü tərəfi, bizimsə zəif tərəfimiz Rusiyadır. 
 - Azərbaycan bir olsa erməni kimi 2-3 milyonluq bir toplum bizimlə oyun oynaya bilməz" - 
 

 






Fikirlər