19.02.2014. - Kiyev uğrunda 41-45 davası
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Müstəqillik Meydanını əhatəyə almış milis dəstələri ön cərgədəki barrikadalara səs-işıq qumbaraları və tüstü şaşkaları atıb, buna cavab olaraq, etirazçılar yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atırlar. Barrikadaların dağıdılması üçün zirehli texnika və BTR tipli zirehli transportyorlar cəlb olunub. Milis etirazçılara qarşı həmçinin su şırnaqlarından da istifadə edir.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, etirazçıların sosial şəbəkələrdə qeydlərinə əsasən, “Kreşatik” bankının yaxınlığında iki BTR və pulemyot hazır vəziyyətə gətirilib. Bəzi məlumatlara görə, xüsusi təyinatlılar “Kalaşnikov” avtomatları ilə silahlanıb.
Maydanda güclü yanğın müşahidə olunur. Müxalifətçilərin bildirdiyinə görə, yanğın hətta BTR-lərdən birinə keçib.
Hazırda Maydanda 20 minədək insan var.