24.01.2014. - Kiyevdə etirazçılar nazirlik binasını ələ keçirdilər

24.01.2014. -   Kiyevdə etirazçılar nazirlik binasını ələ keçirdilər Aksiyaçılar binanın giriş qapısının şüşələri sındıraraq, oradan barrikada kimi istifadə edirlər.
Maydanda aksiya keçirən onlarla aksiyaçı Kiyevdə Aqrar Siyasət Nazirliyinin binasını ələ keçiriblər.
AzerTaymın yerli mətbuata istinadən verdiyi məlumata görə, aksiyaçılar binadan barrikada kimi istifadə edirlər.
Etirazçılar binanı qızınmaq üçün ələ keçirdiklərini bildiriblər. Binanın giriş qapısının şüşələri sındırılıb. Aqrar Siyasət Nazirlyinin girişində etirazçılar keşik çəkirlər.
Qeyd edək ki, gecə ərzində Kiyevin Təcili Tibbi Yardım Xidmətinə döyülmüş aksiya iştirakçıları gətirilib. Onların bədənlərinin müxtəlif nahiyələrində əzik və sıyrıntılar gözə dəyib
.
Milislər isə Təcili Tibbi Yardım Xidmətinin binasına gələrək etirazçılara ittiham irəli sürərək onları nəzarətdə saxlayırlar.






Fikirlər