İqbal Ağazadənin mandat xəyalları və … “CANLI BOMBA” təhlükəsi
İqbal Ağazadə bütün arsenalı ilə hücümdadı. Bu dəfə başqa bir layihədə özünü sınamaq istəyir. Ancaq hədəf birdi, nəyin bahasına olursa-olsun deputat seçilmək… Məlum olduğu kimi, iki çağrış Milli Məclisin deputatı olmuş İqbal Ağazadənin son parlament seçkilərdə bəxti gətirmədi. Bunun səbəbini müxtəlif amillərlə izah etdirlər. Ən başlıca arqument kimi isə, İqbal Ağazadəni dəstəkləyən hakimiyyət daxilindəki gücün birdən-birə fəalkətə düçar olması irəli sürülür. Xüsusilə də, onun cəmiyyətdə o qədər də ciddi reputasiyaya malik olmayan Araz Əlizadəyə uduzması Ağazadə üçün ikinci zərbə oldu. “Ümid” sədrinin davranışları göstərir ki, o, mandat üçün çox darıxır. Bu səbəbdən də, 90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə namizədliyini irəli sürüb və artıq MSK tərəfindən namizəd kimi qeydiyyata da alınıb.
Əslində, İqbal Ağazadəni seçkilərin keçiriləcəyi dairə ilə heç nə bağlamır. İstər regional mənsubiyyət uyğunsuzluğu, istərsə də, İqbal Ağazadənin indiyə kimi həmin dairədən olan seçicilərlə yaxından təmasda olmaması onun şanslarını sıfıra endirir. Bu səbəbdən də, İqbal Ağazadə ənənəvi seçki taktikasından yararlanmaq istəyir. Təsadüfü deyil ki, İqbal Ağazadəyə dost olan mətbuat indidən təkrar seçkinin başlıca favoriti sayılan Ağdaş rayon YAP təşkilatının sədri, həmin rayon İcra Hakimiyyəti başçısının müavini Cavid Osmanovun barəsində kompromat tipli silsilə materiallar dərc edir.
Hətta, İqbal Ağazadənin birbaşa nəzarətində olan və onun müavinlərindən birinin rəhbərlik etdiyi sayt Cavid Osmanovun diplomunun saxta olması iddiası ilə çıxış edir. YAP-ın rayon sədrinin hansısa dini sektaya bağlılığına dair rəy formalaşdırmağa çalışılır. Ancaq bunlar bir növ yayındırıcı xarakterli taktika sayıla bilər.
İqbal Ağazadə başa düşüb ki, onun deputalığa gedən yolunu hazırda həbsxanada olan və həmin dairədən millət vəkili olmaq kimi iddiasını irəli sürən REAL sədr İlqar Məmmədov faktoru aça bilər. Siyasi oyunların mahir ustası olan İqbal Ağazadə bu versiya üzərində ciddi dayanıb. Ən maraqlısı isə budur ki, İqbaldan yenidən deputat düzəltmək istəyən hakimiyyətə yaxın dairələr yuxarıları inandırmağa çalışırlar ki, İqbal Ağazadə seçkidə uduzmuş namizəd kimi, ciddi narazılığını ifadə edib və hazırda beynəlxalq dairələr onu müxalifətin bir parçası kimi görür.
Bu səbəbdən də, müxalifətin tanınmış simlarından olan İlqar Məmmədovu seçkiyə buraxdırıb, onu məhz İqbal Ağazadəyə məğlub etdirmək lazımdır. Onların iddiasın görə, bununla da, həm parlamentdəki konstruktiv müalifət təmsilçilərinin sayı artar, həm də təkrar seçkiyə normal beynəlxalq qiymət verilər. Artıq seçkiyə təsir imkanları olan bəzi dairələrə İqbal Ağazadənin özü tərəfindən hazırlanan bu tezis təqdim olunub. Ancaq iş bursındadır ki, hakimiyyətin daxilində olan böyük çoxluq İqbal Ağazadənin yenidən parlamətdə zühur etməsini istəmir.
Bu qəbildən olan dairələr seçkilərdə İqbal Ağazadə üçün çox gözəl bir sürpriz hazırlayıb. Söhbət bu yaxınlarda İqbal Ağazadənin partiyasındakı müavinlik postundan qalmaqalı şəkildə ayrılan Həcər Abbaslıdan gedir. Nə qədər qəribə olsa da, İqbal Ağazadənin sabiq müavini partiyadan istefa verən kimi, təkrar seçkilərdə məhz İqbal Ağazadə ilə alternativ olacağı fikrini açıqladı. İqbal Ağazadə üçün canlı bomba sayıla biləcək Həcər Abbaslının seçki marafonunda “ÜMİD” də cərəyan edən hadisələr barədə verəcəyi açıqlamalar, həm İqbal Ağazadəni nüfuzdan sala bilər, həm də, cəmiyyətdə böyük ajiotaj yaratmaq gücündə olar. Əldə etdiyimiz məlumata görə, hətta İqbal Ağazadənin sabiq gənc xanım müavininə seçkilərdə uduzdurulması kimi ehtiyat variant da nəzərdən keçirilib. Yəqin ki, İqbal Ağazadə üçün bu vəziyyət siyasətlə vidalaşmaq anlamına gələ bilər… (azinforum.az)