Prezidentlərin GÖRÜŞ tarixi bəlli oldu

İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

 Bu barədə APA-ya Rusiya XİN-dəki mənbə bildirib.

 Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır:

 "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".

 Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

 Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

 ***

 Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

 Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.






Fikirlər