“Azərbaycan SANKSİYA təhlükəsi ilə üz-üzə qalıb”

Cəmil Həsənli: “Azərbaycanda məhbusların yeni bir nəsli yaranır ki, bunlar da girov məhbuslarıdır”

Amerikalı konqresmen Kristofer Smit Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı açıqlama verəb. K.Smitin sözlərinə görə, Azərbaycanda insan haqları və demokratiya baxımından vəziyyət yaxşılaşmayacağı təqdirdə, sanksiyaların tətbiqi qacılmaz olacaq.

Maraqlıdır, Smitin sanksiyalarla bağlı hədəsi nə dərəcədə əsaslıdır? Bu cür sanksiyaların tətbiqi mümkündürmü? Yoxsa bu, daha çox çəkindirici təsir göstərmək məqsədi ilə səsləndirilən fikirlərdir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli hakimiyyətin Azərbaycanı sanksiya təhlükəsi ilə üz-üzə qoyması faktının danılmaz olduğunu vurğuladı:

“Ölkənin sanksiya təhlükəsi ilə qarşılaşmasının günahkarı hakimiyyət, bu hakimiyyətin yürütdüyü siyasətdir. Məhz bu siyasətin nəticəsidir ki, Qərb, ABŞ, ABŞ konqresi və ayrı-ayrı konqresmenlər hakimiyyətə qarşı münasibətdə bu mövqedən çıxış edirlər. Mənə elə gəlir ki, əslində Azərbaycanda insan haqları, demokratiya, seçki məsələləri ilə bağlı vəziyyət konqresmen Smitin dediyindən və düşündüyünüdən daha ağırdır. Insan haqları ilə bağlı vəziyyət daha ağırdır.

Azərbaycanda məhbusların yeni bir nəsli yaranır ki, bunlar da girov məhbuslarıdır. Siyasi, mətbu fəaliyyətini, peşə fəaliyyətini yerinə yetirən insanlara görə, onların yaxın qohumlarını həbs edirlər. Bunun son bariz nümunəsi Qənimət Zahidin qohumlarının saxta ittihamlarla həbs olunmasıdır. Əgər Azərbaycan hakimiyyəti belə addımlar atırsa və onun siyasəti bu meyarlarla müəyyən edilirsə, o zaman sanksiyaların tətbiqinə təəccüblənməməliyik”.

 






Fikirlər