ELDAR NAMAZOV "Azərbaycan Naminə" danışmaqdan imtina etdi...

Xəbər verdiyimiz kimi 26 sentyabr tarixində Azərbaycanda konstitusiyasına dəyişikliklə bağlı referendum keçiriləcək. Artıq bu referendumla bağlı ölkənin əksər ictimai - siyasi fəalları münasibət bildirib. Təbii ki, cəmiyyətdə ikitirəlik yaranıb və hərə bu məsələni öz arşını ilə ölçərək təklif edilən dəyişikliklərin qəbul edilməsinin sonuclarını qiymətləndirməyə çalışıb.

Moderator.az keçmiş dövlət müşaviri, Azərbaycan Naminə İctimai Mərkəzin prezidenti, bir zamanların odlu-alovlu siyasətçisi və hətta prezidentliyə namizəd olan Eldar Namazovun məsələyə münasibətini öyrənməyə çalışıb. 
Çox təəssüflər olsun ki, Eldar Namazov əməkdaşımızın ona son bir həftə ərzində etdiyi çoxsaylı müraciəti cavabsız qoyub. Hər dəfə telefona cavab verən Eldar Namazov xaricdə olduğunu bildirərək danışmaqdan imtina edib. 
Astronavtların başqa planetdə olsa belə yerlə asanlıqla danışdıqları bir dövrdə Eldar Namazovun xaricdə olduğuna görə hər hansısa suala cavab verə bilməməsi doğrudan da çox qəribə görsənir. Hər zaman müxalif yönümlü birliklərdə təmsil olunan Eldar Namazovun Azərbaycan  üçün həyati önəm kəsb edən taleyüklü bir prosesdən - referendumdan danışmaq istəməməsi olduqca düşündürücüdür və ümid etmək olar ki, bu tapmacanın cavabını tezliklə təkcə oxucularımız deyil, bütövlükdə ictimaiyyət  biləcək.






Fikirlər