Arif Hacılıdan Raif Arifoğluna ŞOK sözlər - Cəsarətin çatmırsa sus...
Müsavat başqanı Arif Hacılının mətbuata sonuncu açıqlamasında "Yeni Müsavat"ın baş redaktoru haqqında səsləndiridiyi fikirlər cavabsız qalmadı və R. Arifoğlu Müsavat başqanına məsxərə dolu geniş bir məqalə ilə cavab verdi. Arif Hacılı da borclu qalmadı və baş redaktorun məqaləsinin necə deyərlər mürəkkəbi qurumamış ona bir neçə cümləlik sərt cavab verdi:
"Demişəm ki, Rauf Arifoğlu İlham Əliyevə təslim olub.Ya de ki, təslim olmamışam, ya cəsarətin çatmırsa sus.
Yoxsa haqqımda nə böhtanlar yazırsan? Nə əfsanələr uydurursan?"