“İlham Əliyevi təbrik edirəm” - Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının inzibati binasında ölkədə keçirilən referendumla bağlı partiyanın icra katibi Əli Əhmədov və müavinləri mətbuat konfransı keçirib.
Bu referendum prezident İlham Əliyevə etimadın sübutu olub.
Kontitusiyaya dəyişikliklər müasir tələblər baxımından əhəmiyyət kəsb edir. Dəyişikliklər insan hüquq və azadlıqlarının daha da yaxşılaşdırılması, idarəçiliyin çevik formaya salınmasına xidmət edir.
30-dan çox ölkədən müşahidəçilər gəlib və onlar referendumun demokratik qaydalara uyğun keçirildiyini bəyan ediblər.
Bütün Azərbaycan xalqını və xalqın növbəti dəfə ona etimadına görə prezident İlham Əliyevi təbrik edirəm.
Bu gündən sonra Azərbaycanın həyatında yeni bir səhifə açılacaq. Daha ciddi addımlar atılacaq, iqtisadi-sosial islahatlar aparılacaq”.
Qafqazinfo.az