Əli Həsənov Türkiyə baş nazirinin müavinləri ilə görüşüb – FOTO

da9d7000-9229-4495-9d27-ad2b654d3599

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovoktyabrın 25-də bir sıra görüşlər keçirib.

“AzPolitika” AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

da9d7000-9229-4495-9d27-ad2b654d3599

d37b3b15-6dc2-41b0-9234-c3bc78d961d9

1e65d316-729b-4610-b0c6-ef2c3118dc44






Fikirlər