Amerikadan Rusiyayla bağlı şok qərar - 35 diplomatı geri göndərir
ABŞ 35 rusiyalı diplomatı ölkədən göndərir. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” Amerika Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb. Məlumata əsasən, diplomatlara ölkədən çıxmaq üçün 72 saat vaxt verilib. ABŞ-ın ölkədən göndərdiyi rəsmilər Vaşinqtonda və San-Fransiskoda işləyən rusiyalılardır. Bundan başqa, qeyd edilir ki, Rusiyanın Nyu-York və Merilend ştatlarındakı iki diplomatik yaşayış kompleksi bağlanır. ABŞ bu sərt tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırılması ilə əlaqələndirir.