Əli Həsənov Ərəbistan kralı ilə GÖRÜŞDÜ

“Əli Həsənov Ərəbistan kralı ilə görüşdü

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

AzerTaym.az” Azərtac-a istinadən xəbər verir ki, Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Ə. Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.

Kral İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

 






Fikirlər