Ermənistanın "18 fevral" PLANI: QARABAĞda SABAH başlayacaq QORXUNC SSENARİ

Ermənistanın "18 fevral" PLANI: Qarabağda sabah başlayacaq QORXUNC SSENARİ

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR”-də fevralın 20-si “referendum seçkiləri” keçiriləcək.

Bu gün isə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşüb. Rəsmi məlumatda deyilir ki, nazirlər növbəti görüşləri və həmsədrlərin regiona səfəri məsələsini müzakirə ediblər. Yəni görüş nəticəsiz olub və Münhendə nəticəsiz görüşün olacağı gözlənilməz deyildi.

Ermənistan tərəfi Azərbaycanın XİN rəhbərlərinin Münhendə görüşməsi təklifinə hələ ötən ildən soyuq yanaşırdı. İrəvan bu görüşdən tam imtina etməsə də, ona razılıq da vermirdi. Çünki status-kvonun saxlanılması üçün bütün vasitələrdən istifadə edən Ermənistan üçün “donmuş danışıqlar”a aparan yol müzakirə masasından qaçmaqdan keçir. İşğal olunmuş Dağlıq Qarabağda “referendum”un keçirilməsi də Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını və danışıqları daha çətin vəziyyətə saldığını təsdiq edir.
Bu baxımdan, “DQR”-də “referendum” öncəsi Nalbandyanın danışıqlar masasında “can-dərdi” əyləşməsi təəccüblü deyildi.

Amma nəticəsiz Münhen görüşü fonunda Kremlə yaxınlığı ilə seçilən, hətta bir sıra hallarda Putinin səlahiyyətli nümayəndəsi olaraq təqdim edilən politoloq Sergey Markovun açıqlaması yada düşür.

“Lakin təəssüflə proqnozlaşdırıram ki, bu danışıqlar nəyəsə nail olmayacaq. Çünki ötən il “Kazan düsturu” (Qarabağ ətrafındakı rayonların qaytarılması və Bakının istədiyi “mərhələli həll” paketini nəzərdə tutan mexanizm – red.) çərçivəsində böyük razılaşmanın imzalanması mümkün idi, lakin şans əldən qaçırıldı. Ermənistan rəhbərliyi bunu imzalamaqdan boyun qaçırdı. Bu baxımdan, Münhen görüşündən sonrakı vəziyyəti təhlükəli hesab edirəm. Münhen görüşündən sonra böyük hadisələr olacaq. Qorxu ilə qeyd edirəm ki, ya hərbi toqquşmalar başlayacaq, ya da başqa nələrsə olacaq”, - deyə Putinin “adamı” açıqladı.

Kremlin adamı 3 gün sonra Qarabağda baş verəcək qorxulu SSENARİNİ AÇIQLADI

3 gün sonra Qarabağda nələr baş verəcək?



Kremlə yaxın Markovun “böyük hadisələr olacaq” deməsi gündəmə hesablanmış açıqlama deyildi. Deməli, Kremlin adamında yeni toqquşmaların mümkünlüyü haqda informasiya var. Və o, “qorxu ilə qeyd edirəm” deməklə həm də yeni müharibənin Moskvaya sərf etmədiyini də açıqlayır.

Müharibəni kim başladacaq?

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bu seçkidən sonra ölkədə parlament üsul-idarəsinə keçid başlanacaq. Lakin İrəvanın nəzarətində olan qondarma “DQR”-də bunun əksinə olaraq, “prezident üsul-idarəsinə keçid” üçün “referendum” keçirilməsi diqqəti çəkir.

Sarkisyan hakimiyyətinə yaxın politoloq bunun “Qarabağın təhlükəsizliyini gücləndirmək” məqsədi daşıdığını iddia edir və əsas məqamı ciddi-cəhdlə gizlədir.

Əsas məqam: Serj Sarkisyan partiyasından namizədliyini irəli sürmür, əvəzində seçkidən sonra səlahiyyətləri azalacaq və ölkəyə rəhbərliyi baş nazir Karen Karapetyan edəcək. Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ildə başa çatacaq. Hesab etmək olar ki, Sarkisyan Qarabağda “prezident üsul idarəsi” yaratmaqla “Qarabağ klanını” gücləndirmək və gələcəkdə bunun üzərindən təsir imkanlarını genişləndirmək niyyətindədir.

Ona yaxın siyasətçilər isə “referendum”u “təhlükəsizliklə” bağlayaraq, əhalinin dəstəyini təmin etməyə çalışır.

Misal üçün, Sarkisyan hakimiyyətinin “ruporu” rolunda çıxış edən politoloq Stepan Safaryan deyir ki, “referendum”la hakimiyyət (rejim – red.) güclənəcək və müharibə şəraitində daha çevik hərəkət edəcək.

Diqqətin “düşmənə” yönəldilməsi “referendum”a qarşı çıxanların olduğunu təsdiqləyir. Xüsusilə müxalifətdə olan millətçi “daşnaksütyün” partiyası qondarma “DQR”-dəki “referendum”a etiraz edir.

Ermənilər referenduma qarşı: çaxnaşma olacaq və Azərbaycan Qarabağı azad edəcək

Ermənilər referenduma qarşı



“Daşnaksütyun”un nümayəndəsi Kiro Manoyan hesab edir ki, keçiriləcək “referendum” “DQR” rejiminin güclənməsinə hesablanıb: “Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır. Bu, demokratiyaya qarşıdır”.

Sarkisyanın planına qarşı olanlar kifayət qədər güclüdür və məhz güclü rəqibləri neytrallaşdırmaq, “referendum” öncəsi əhalinin diqqətini “düşmən obrazında təqdim etdikləri Azərbaycan təhlükəsinə” yönəltmək və “referendum Qarabağın təhlükəsizliyini gücləndirməyə xidmət edir” tezisini təsdiqləmək üçün hansı addım atıla bilər?! Təbii ki, cəbhədə hərbi toqquşmalar.

Böyük ehtimalla, sabahdan başlayaraq, cəbhədə erməni hərbi birləşmələrinin təxribatı güclənəcək, hətta lokal toqquşmaların olması da mümkündür. Və çox güman ki, Putinin “adamı” Markov da “Münhen görüşündən sonra Qarabağda qorxulu hadisələr baş verəcək” deməklə diqqəti bu məqama çəkmək istəyirdi. Sabah cəbhədə toqquşmalar başlanarsa, bu, heç də təəccüblü olmayacaq.






Fikirlər