ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR

ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR

ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və perspektivləri analiz edib.

Publika.az xəbər verir ki, mərkəz 2016-cı ildə “aprel döyüşü”nün parıltısının bu il də meydana çıxdığını yazıb: “Bu münaqişə xarici oyunçudan – Rusiyadan asılıdır. Lakin regionda üstün mövqeyə malik olmasına baxmayaraq, Rusiyanın vasitəçiliyində ötən ilə heç bir irəliləyiş olmadı. “Aprel müharibəsi” bu il yenidən qayıdır və görünən odur ki, Ermənistan-Azərbaycan arasında hərbi toqquşmalar ehtimalı yüksək olaraq qalacaq”.
Məqalədə bildirilir ki, münaqişədə Azərbaycan və Ermənistanın mövqeyi aşkardır, Rusiyanın mövqeyi isə çox mürəkkəbdir.
“Rusiyanın Ermənistan və Azərbaycanda marağı var və bu ölkələrə xarici təsirləri buraxmamağa, öz mövqeyini bərkitməyə çalışır. Moskva Ermənistanda buna nail oldu. Hazırda Ermənistanın iqtisadi və strateji sahəsinin çox hissəsinə nəzarət edir. Azərbaycan isə daha müstəqildir və şaxələndirilmiş xarici siyasət aparır. Türkiyə ilə sıx əlaqələrə malikdir, böyük enerji istehsalçısıdır. Rusiya Avropanın enerji bazarında öz mövqelərini gücləndirmək üçün, həmçinin, Türkiyənin Yaxın Şərqdə iddialar irəli sürməsi fonunda Bakı üzərində öz təsir imkanlarını artırmaq istəyərdi”, - deyə mərkəzin analitikləri hesab edirlər.
Məqalədə “aprel müharibəsi” xatırlanır və qeyd olunur ki, Rusiya erməni müttəfiqlərini dəstəkləmədi və neytral mövqe tutdu: “Bununla həm də Bakının böyük azadlığa malik olması mesajı verilirdi”.
“Stratfor” Rusiyanın Dağlıq Qarabağ münaqişəsində “Lavrov planı”nı tətbiq etmək arzusunda olduğuna diqqət çəkib.
“Bu plana görə Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır, Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları regiona daxil edilir. Azərbaycan bu plana müəyyən qədər razılaşa bilər, lakin Ermənistan qarşı çıxır. Əgər Rusiya bu planı tətbiq edirsə, o zaman İrəvanın müqavimətini qırmalıdır. Lakin indiki halda Sarkisyan hakimiyyəti torpaqların qaytarılmasına qarşı çıxır. Ermənistanda aprelin 2-nə parlament seçkiləri təyin olunub. Moskva İrəvan hakimiyyətinin bir neçə fiquru və müxalifət liderləri ilə sıx əlaqələri inkişaf etdirir, hansı ki, onlar münaqişənin nizama salınmasında Rusiya variantını qəbul etməyə meylli ola bilərlər”, - deyə mərkəz yazır.
“Stratfor” Dağlıq Qarabağda genişmiqyaslı müharibənin ola biləcəyini istisna etmir və qeyd edir ki, yeni müharibədə Rusiya öz planını Ermənistana daha asanlıqla qəbul etdirə bilər.
Həmçinin, onu da qeyd edir ki, Yaxın Şərqdən yayınan İran və Türkiyə Qafqazda aktivləşə və Rusiyanın hökmranlığına qarşı çıxa bilər.






Fikirlər