AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana GƏLİR
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda may ayında Azərbaycana səfər edəcəklər. Bu barədə "Report"a müsahibəsində Ş.Şennax bildirib. Onun sözlərinə görə, hazırda səfərin gündəliyi üzərində iş gedir. Xatırladaq ki, martın 8-də PArisdə AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilər yanvarın 12-14-də Azərbaycana etdikləri əvvəlki səfərin yekunlarına dair hesabatı təqdim ediblər.