İlham Əliyev Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın ölkəmizdə yeni təyin olunmuş səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.
Mərasim martın 26-da baş tutub.
Dövlət başçısı daha sonra Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib. AzerTaym.az