Azərbaycana qarşı separatizm hərəkatı: xəyanət kadrosu ermənilər və Milli Şura ilə bərabərdir – böyük TƏHLÜKƏ!

Azərbaycanı ərəb ölkələrinin gününə salmaq istəyən bir siyasətə start verilib; 3 ölkənin xüsusi xidmət orqanlarının Bakı müxalifətinə qəribə “stavka”sı

 Son vaxtlar xarici xüsusi xidmət orqanları Azərbaycana qarşı separatçı meylləri olan insanlardan istifadəni daha da gücləndirib. Bu məsələdə Ermənistan xüsusi xidmət orqanları və ona havadarlıq edən ölkələrin analoji qurumları, bir sıra beynəlxalq təşkilatların deputatları və tanınmış simaları daha aktiv görünürlər. Milli ideologiyası büsbütün iflas etmiş, bu səbəbdən də dövlət və cəmiyyət həyatı deqradasiyaya, eroziyaya məruz qalmış Ermənistanın yenidən canlandırılması üçün anti-Azərbaycan ünsürləri bur araya gəlmiş, vahid mərkəzdən idarə olunması şübhə doğurmayan fəaliyyətlər göstərməyə başlamışlar.

 Çox təəssüf ki, Azərbaycanımıza qarşı bu çirkin oyunda, qarşımızda diz çökməkdə olan Ermənistanı ayaqda tutmaq üçün hazırlanan planların içərisində “sapı özümüzdən olan baltalar” da yer almaqdadır. Bunların sırasında özlərini və yaxınlarını xarici xüsusi xidmət orqanlarına yem edən “talış separatçılarını”, onlara mühacirətdən ölkə siyasətinə daxil olmaq üçün “siyasi pasport” verən bəzi ictimai-siyasi qurumları misal göstərmək olar.

 Öncə onu deyək ki, Azərbaycanda yaşayan talışlar bu ölkənin köklü və şərəfli etnoslarındandır. Talışlar hər zaman ana vətənləri Azərbaycanın yanında və onun düşmənlərinin qarşısında olublar. Dağlıq Qarabağ və müqəddəs Azərbaycan torpaqları uğrunda gedən savaşlarda minlərlə talış gəncləri könüllü olaraq savaşmış, onlardan da yüzlərcəsi şəhid olmuşdur. Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq Milli Qəhrəmanlar sırasında çoxsaylı talışlar var.

 Ancaq nə yazıq ki, bu şərəfli xalqın adını Ələkram Hümmətov, Fəxrəddin Abbaszadə, Ataxan Əbilov, İsmayıl Şabanov, Adil Nəsirov kimi Azərbaycana dönük çıxanlar ləkələməkdədir. Bu sıraya son vaxtlar Ermənistana  qaçan Şahin Mirzəyevin də adını salmaq olardı, lakin hamıya məlum olduğu kimi, Şahin Mirzəyev Lerikdə doğulsa və “talışam” desə də, etnik olaraq talış deyil. Lakin o və adları burada çəkilən digər xainlər Ermənistan kəşfiyyatının qucağında oturublar, Azərbaycana, onun köklü maraqlarına qarşı düşmənlərin apardığı savaşa alətdirlər, ölkələrinə, deməli həm də məğrur talış xalqına qarşı çıxıblar.

 İşin ən qəribə tərəfi budur ki, özlərini Ermənistan xüsusi xidmət orqanlarına təslim edən bu xainlər düşmən ölkəyə yaxından dəstək verən Rusiya kimi ölkələrin də xüsusi xidmətlərini sərəncamında çalışırlar. Azərbaycana, onun haqq davasına qarşı ən qəddar düşmənlərimizin də rol aldığı bu xainlərdən bəziləri isə özlərini ölkəmizdə leqal siyasi fəaliyyətlə məşğul olan bəzi qurum və siyasi liderlərə də bağlaya biliblər. Buna bariz örnək əsası Moskvada qoyulan, hazırda isə Bakıda hakimiyyət uğrunda rəsmi mübarizə aparan Milli Şura, onun faktiki lideri Əli Kərimlidir.

 Bu barədə xüsusi olaraq yazacağıq. Hələliksə burada adları göstərilən və ya göstərilməyən xainlər, Azərbaycan düşmənlərinin dostları haqda bəzi özəl və bir sıra hallarda hər kəsə məlum faktları ortaya qoyaq. 

 Öncə başlayaq bunların “fikir atası” olan Ələkram Hümmətovdan.

Картинки по запросу

 XƏYANƏT KADROSUNUN BAŞINDAKI XAİNİN QABARIQ DOSYESİ

 Azərbaycana qarşı hətta ermənilərlə əməkdaşlıqdan belə çəkinməyən bu xain 28.10.1948-ci il tarixdə Lerik rayonunun Şo­nayçala kəndində anadan olub. Ələkrəm Hümmətov Ələkbər oğlu 1988-ci ildə AXC sıralarına qoşulub və onun cənub regionu üzrə təşkilatlanmasında aparıcı rol oynayıb. AXC İdarə Heyətinin ilk üzvlərindən biri olub. Daha sonra Lənkəranda yaradılmış özünümüdafiə batalyonuna rəhbərlik edib. Cəbhə xəttində, konkret olaraq Ağdamın Muğanlı kəndində AR ordusunun silah bazasından silahları ələ keçirməklə məşğul olaraq, pozuculuq fəaliyyəti göstərib. Surət Hüseynovla bərabər Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında  Azərbaycanın Qarabağda apardığı müharibəyə qarşı təxribatlar törətmələri haqında ciddi iddialar var.

Ələkrəm Hümmətov, 1992-ci ilin sonu 1993-cü ilin əvvəllərində talış muxtariyyətinin yaradılması uğrunda “mübarizəyə” rəhbərlik  etmək və bu istiqamətdə bütün qüvvələri  vahid siyasi təşkilatda  birləşdirmək məqsədi ilə “Azərbaycan Talış Xalq Partiyası”nı  (ATXP) təsis edib, onun yerli özəklərinin yaradılması üçün  təşkilati  işlərə  başlayıb.

Təşkilati iş zamanı aparılan təbliğatlarda əsasən “talış zonası”nın iqtisadi dircəlişinə  yardım edilməməsi, onların  hüquqlarının pozulması, assimilyasiya  olunmaları  geniş  təbliğ olunurdu. Bu dövrdə Lənkəran və Astara rayonlarında mitinqlər və etiraz aksiyaları təşkil edilirdi.

1993-cü ilin iyun ayının ortalarında siyasi vəziyyətdən istifadə edərək öz ambisiyalarını təmin etmək üçün sərəncamında olan hərbi hissələri  döyüş  xəttindən  çıxararaq, cənub bölgəsində yerləşdirdi.

1993-cü ilin iyun ayında Ələkrəm Hümmətovun rəhbərliyi ilə “Talış Xalq Partiyası”nın, eləcə də separatçı-millətçi yönümlü ictimai-siyasi təşkilatların nümayəndələrinin və 704 saylı  hərbi hissənin qulluqçularının  iştirakı  ilə Lənkəranda  mitinq  keçirildi və Milli Məclisin buraxılması  tələb olundu. Bundan sonra “Talış Muğan Respublikası”nın (TMR) yaranması elan olundu, bu qurumun “konstitusiyası”  hazırlandı.

Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində Ələkrəm Hümmətov və onun bir çox silahdaşları həbs edildi və o, 12.02.1996-cı il tarixdə AR CM-nin 57, 70-2,3, 120-2, 188-2, 192-2 və 220-2,3 maddələri ilə AR Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ömürlük həbs cəzasına məhkum olundu. 03 sentyabr 2004-cü il tarixdə AR Prezidentinin əfv fərmanına əsasən Ələkrəm Hümmətov azadlığa buraxıldı və Azərbaycan vətəndaşlığından məhrum edildi. İddialara görə, son illər ərzində Ələkrəm Hümmətov bir neçə dəfə Azərbaycana qayıtmağa cəhd göstərib, , lakin buna müvəffəq ola bilməyib.

Hollandiyada məskunlaşdıqdan sonra, Ələkrəm Hümmətov “Talış Milli Hərəkatı” (TMH) və “Talış Ağsaqqallar Şurası” (TAŞ) adlı təşkilatlar yaradıb və separatçılıq fəaliyyətini davam etdirib. O, müxtəlif beynəlxalq qurumlarla əlaqələr yaradaraq, AR-dəki mövcud durum barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağı davam etdirir.

Məlumdur ki, Ələkrəm Hümmətov ətrafına yeni tərəfdarların cəlb edilməsi məqsədlə, “AR-də müxtəlif etnik azlıqlar” məsələsindən istifadə edərək, həmin kontingentə mənsub olan, Niderlandda yaşayan azərbaycanlı mühacirlərə daimi yaşayış statusunun alınmasında köməklik göstərib. Bu da onun Azərbaycandakı müxalif qüvvələrlə əlaqə qurmasında yararlı olub.

Dosyeni davam etdirsək aydın olar ki, 15-20 mart 2009-cu il tarixdə Ələkrəm Hümmətov, Moskva şəhərinə səfər edib,  RF-də fəaliyyət göstərən talış təşkilatlarının nümayəndələri ilə görüş keçirdib, Rusiya ərazisində talış təşkilatlarının koordinasiya şurasının yaradılmasını və qurumun adından sərt bəyanatların qəbul olunmasını təklif edib. Ələkrəm Hümmətov sözügedən sənədə “Azərbaycanda insan hüquqları pozulur”, “Azərbaycanda talışlar məcburi assimilyasiyaya məruz qalırlar”, “Azərbaycanda talışlara qarşı diskriminasiya siyasəti tətbiq olunur” və digər müddəaları daxil etməyə cağırmışdı. Onun çıxışı bir sıra görüş iştirakçıları tərəfindən etirazla qarşılanmışdı. Həmin şəxslər Ələkrəm Hümmətovun “növbəti avantüralarının talış xalqına baha başa gələcəyini” bildirmiş, Rusiyada məskunlaşmış minlərlə talışların taleyinin keçmiş TMR liderini maraqlandırmadığını vurğulamışdılar.

 Ələkrəm Hümmətovun fəaliyyətində növbəti fəallaşma 2013-cü ildə müşahidə edildi. Belə ki, 12.07.2013-cü il tarixdə, o, ermənilər tərəfindən yaradılmış və Şuşa şəhərindən yayımlanan “Talışistanın səsi” radiosuna talış dilində müsahibə verdi, öncə radionun yaradıcılarının fəaliyyətini talış xalqına qayğı kimi qiymətləndirdi və onlara minnətdarlıq ifadə etdi. Hər zaman olduğu kimi, tarixi hadisələri təhrif edən separatçı lider, “TMR”-i muxtariyyat kimi qələmə verərək, yaradılmasının səbəbini Azərbaycanda millətçi qüvvələrin hakimiyyətə gəlməsi, sonra isə prezident Heydər Əliyevin “qeyri-etnik xalqlara qarşı münasibətdə etnos siyasəti” həyata keçirməsilə əsaslandırmağa çalışıb.

 24.09.2013-cü ildə Ələkrəm Hümmətov oğlu Tural ilə birlikdə Ermənistan Respublikasına səfər etdi. Hələ o zaman da yazmışdıq: Ələkrəm Hümmətovun Ermənistana getməsinə dair danışıqlar çox öncə başlamış, lakin bu gizli saxlanılmış və yalnız oğlu Tural Hümmətov məlumatlı olmuşdur. Musavat.com-un o zamanlar yazdığı detal da maraqlı idi -  separatçı bu səfəri arvadından belə gizlətmişdi.  Yerevan şəhərində o, Dövlət Universitetinin (EDU) iranşünaslıq kafedrasında “talışşünaslıq” üzrə magistr proqramının açılış mərasimində çıxış etmiş və talış mədəniyyətinin Azərbaycanda təqib edilməsinə dair fikirlər səsləndirmişdir. Eyni zamanda Ələkrəm Hümmətov işğal olunmuş Şuşa şəhərində fəaliyyət göstərən “Talışıstanın səsi” radiostansiyasının fəaliyyətini tədqirə layiq hesab etmiş və Azərbaycanın dövlət quruluşunun konfederasiya olmasını məqsədəuyğun görmüşdür.

26.09.2013-cü ildə onun Xankəndində qondarma qurumun “parlament sədri” Aşot Qulyanla görüşü keçirilmiş və aparılmış söhbət zamanı Ələkrəm Hümmətov sədri olduğu “Talış Milli Hərəkatı”nın məqsədinin talış xalqının milli dövlətinin qurulmasından ibarət olduğunu vurğulamışdır.

 “ERMƏNİLƏRƏ QARŞI VURUŞMAQLA SƏHV ETMİŞİK”

Ermənistanda olarkən, Ələkrəm Hümmətov, yerli KİV-lərə müsahibə vermiş,  talışların və digər milli azlıqların Azərbaycan ordusunun tərkibində ermənilərə qarşı döyüşlərdə iştirak etməsini səhv addım kimi qiymətləndirmişdir. Bu düşüncələri ilə Ələkrəm Hümmətov faktiki olaraq respublikanın ərazi bütövlüyünü şübhə altına almış və talışların müqəddəratlarının yalnız Azərbaycandan ayrı mümkün olduğunu vurğulamışdır. Bununla, o, talışları Azərbaycan tərəfində döyüşlərdə iştirak etməməyə çağırmış və ermənilərin Dağlıq Qarabağın müstəqilliyi uğrunda apardıqları mübarizəyə de-fakto bəraət qazandırmışdır.

Ə.Hümmətov, 2014-cü ildə oğlu və gəlininin (kiçik oğlu Tural və sonuncunun nigahdan kənar yaşadığı hindistanlı qadın Asimita nəzərdə tutulur) EDU-nun İranşünaslıq fakültəsində talışşünaslıq ixtisası üzrə təhsil almaq məqsədilə Ermənistana gedəcəklərini açıqlamışdır.

Ələkrəm Hümmətov Ermənistanda deyib ki, yaranmış vəziyyətdən çıxış yolu kimi, Azərbaycan Respublikasının dövlət quruluşunu dəyişərək, “Naxçıvan, Aran, Qarabağ, Talış, Şirvan və Abşeron federal dairələri”ndən ibarət federativ ölkənin yaradılmalıdır.   “Hakimiyyəti qəsb etmiş” Azərbaycan iqtidarının öz maraqlarının əksinə getməyəcəyini əsas gətirərək, Ələkrəm Hümmətov başda olmaqla TMR rəhbərlyi ermənilərə üz tutaraq, onlara “dostluq əllərini uzatdıqlarını” açıqlayıb. Eyni zamanda qondarma qurumun “lideri” talışlarla yanaşı, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinə müraciət edərək, ermənilərlə düşmənçiliyə son qoymağa çağırıb.

Buradaca qeyd edək ki, Ələkrəm Hümmətovun böyük oğlu Romal Hümmətov və qızı Ləman Hümmətova atalarının ermənilərlə əməkdaşlığının əleyhinədirlər və onları yalnız bu məqam ayırır. Digər bütün məsələlərdə fikir ortaqlığı hökm sürür.

 ƏLİ KƏRİMLİNİN MÜHACİRƏTDƏKİ ADAMI HÜMMƏTOVLA BİZNES ORTAĞI İMİŞ

Mühacir jurnalist, Əli Kərimlinin ən sadiq adamlarından biri olan Fikrət Hüseynli Ələkrəm Hümmətovun oğlu ilə biznes ortağıdır. Bu fakta yəqin cənab Hüseynli cavab verəcək -  çünki məsələ ciddidir, həm də bir vətən xaininin ailə üzvünün Azərbaycanın müxalifət lideri ilə ortaq biznesi barədə şübhələr yaradır. Eyni ölkədə - Niderlandda yaşayan F. Hüseynli Hümmətovların  azərbaycanlılar arasında mənfi imicə sahib olduğunu nəzərə alaraq, sonuncunun oğlu Romal Hümmətovla mövcud olan biznes əlaqələrini AR-dəki şəriklərindən gizlədib. Lakin bizə bu fakt məlum deyil ki, o, bu ortaqlıq haqqında Milli Şuraya və Əli Kərimliyə məlumat veribmi, yoxsa faktı ondan da gizlədibmi? Hamıya məlumdur ki, Ə. Hümmətovun ən yaxın adamlarından olmuş daha bir separatçı və Azərbaycan düşməni Ataxan Əbilov Milli Şuranın rəsmi üzvüdür və Əli Kərimli ilə xüsusi əlaqələrə malikdir. Lakin bu əlaqələr leqaldır və onun arxasında məhz Ə. Hümmətovun dayanması haqında dəqiq sübut yoxdur. Fikrət Hüseynlinin Hümmətovlarla ortaq biznes əlaqələrinə sahib olması faktı isə leqal deyil. Doğrudur, Romal atasını bəzi məsələlərdə dəstəkləmir -  xüsusi ilə onun ermənilərlə əlaqələrini bölüşmür. Lakin yerdə qalan bütün məsələlərdə, o cümlədən də Azərbaycanın bölünməsi iddiasında onların heç bir fikir ayrılığı yoxdur.

 Saakyanın və Adilovun ortaq dostu – Jaromir Stetina Azərbaycana düşmən, Kərimliyə dostdur?

raa.jpg (320 KB)

Ələkram Hümmətovun xəyanət dosyesini izləyəndə maraqlı bir detal ortaya çıxır. Məlum olur ki, 05.05.2015-ci il tarixdə “Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı” (UNPO) “Talış Milli Hərəkatı” (TMH) ilə birgə “Azərbaycanda ikili standartlar, xalqların hüquqları tədbirləri” adlı beynəlxalq konfrans keçirib. Konfrans, Laurentin Rebega, Jaromir Stetina və Bogdan Wegdanın başçılığı ilə Brüsseldə, Avropa Parlamentinin binasında təşkil edilib. Qeyd olunan tədbirdə “talış” və “ləzgi”lərin nümayəndələri iştirak ediblər. Ələkrəm Hümmətov da konfransda iştirak edib, lakin nitqində yaranmış qüsurlarla əlaqədar onun əvəzinə qızı Ləman Hümmətova çıxış edib. O, çıxışı zamanı Azərbaycanda guya talışların hüquq və azadlıqlarının qorunmadığı, getdikcə talışların assimilyasiya olunduqları barədə qərəzli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

unnamed.png (306 KB)

                                                                                                J. Stetina Xankəndində

 Məhz bu məqamda diqqətləri Jaromir Stetinanın -  Çexiyadan olan parlamentarinin üzərinə fokuslaşdırmağa ehtiyac var. Bu adam bir Azərbaycan düşmənidir. Biz onun haqqında bir zamanlar – Batum skandalı olanda yazmışdıq.

Ermənipərəst “People in Need” təşkilatının rəhbərlərindən olan  (fotolardan da göründüyü kimi) Jaromir erməni heyranı olmaqla, dəfələrlə Ermənistanda və Azərbaycanın işğal altındakı torpaqlarında, o cümlədən də Xankəndində olub. Azərbaycan üçün “arzuolunmaz şəxslər” siyahısında olan Jaromir ölkəmizə qarşı olan hər şeyi və hər kəsi dəstəkləyir. O, erməni separatçısı Bako Saakyanı da, talış separatçısı Ə. Hümmətovu da, ...Milli Şuranın Avropadakı təmsilçisi, AXCP sədri Əli Kərimlinin xas adamı  Natiq Adilovu da ...dəstəkləyir.

unnamed (1).png (276 KB)

                                                                                          J. Stetina separatçı Bako Saakyanla 

Dostumuz Qənimət Zahidin də əks olunduğu bu fotolar heç ürəkaçan deyil. Siyasi iddialar naminə Azərbaycan düşmənləri ilə dost olmaq, onların dəstəyini almaq yaxşı əməl deyil. Erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. O zaman ermənilərin dostları ilə dostluq edən milli şuraçılar kimdir, bunu da siz düşünün.

unnamed (2).jpg (42 KB)

 Ələkrəm Hümmətov məhz J. Stetinanın təhriki ilə   05 may 2015-ci il tarixində,  Brüsseldə Avropa Parlamenti binasında təşkil edilmiş UNPO-nun növbəti konfransında qondarma erməni soyqrımının “Talış Milli Hərəkatı” tərəfindən tanınması barədə bəyanat verib. Belə birisi ilə təmas qurmaq vətənə xəyanət deyil, nədir?

 ƏLƏKRƏMIN OĞULLARI – ATALARI İLƏ BİRGƏ AZƏRBAYCANA QARŞI

Musavat.com-da olan məlumatlara görə, Tural və Romal Hümmətovlar da Azərbaycandakı bir sıra siyasi qurumlarla paralel, son zamanlar fəallaşmışlar. Tural Hümmətov Almaniyada fəaliyyət göstərən “Cronon AG Professional İT Services” şirkətinin texniki dəstəyi ilə “toloshstan.org” saytını yaratmış və orada Azərbaycan, rus və ingilis dillərində “talış problematikası” ilə bağlı materiallar, eləcə də müxtəlif xəbərlər və qeyri-obyektiv “tarixi faktlar” yerləşdirmişdir. Tural Hümmətov, Rotterdam şəhərində yerləşən Erasmus Universitetini biitrdikdən sonra bir müddət işsiz qalmış, hətta ara sıra narkotik vasitələrin aludəçisi də olub. Bir detal: o, Haaqa şəhərində fəaliyyət göstərən restoranlardan birində dostları ilə nahar etdikdən və spirtli içki qəbul etdikdən sonra özünü “prezidentin oğlu” kimi təqdim edərək, dava salıb. Bu fakt yerli hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən faktlaşdırılıb və kiçik Hümmətov həmin zaman saxlanılıb. Yalnız qardaşı Romal Hümmətovun məsələyə müdaxiləsindən sonra müəyyən miqdarda cərimə ödəmək şərtilə sərbəst buraxılıb... Hazırda onlar Azərbaycan əleyhinə intensiv fəaliyyətlərini davam etdirirlər və Bakı müxalifətinin önəmli fiqurları ilə mühacirətdəki dostları sayəsində təmas halındadırlar.   

 ERMƏNİLƏR ƏLƏKRƏM ÜÇÜN FİLM ÇƏKİBLƏR

 Xəyanət kadrosunun başı sayılan Ə. Hümmətov haqda daha bir detal: 26.02.2016-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində “talış icması”na “Artsax” ([email protected]) studiyasının istehsalı olan, separatçı məzmunlu, 11 dəqiqə 28 saniyə davam edən  “Talışlar, vadar olunmuş tale” adlı film nümayiş etdirilib. Filmdə 2016-cı ilin əvvəllərində Cəlilabad və Astara rayonlarında baş vermiş sosial xarakterli etiraz aksiyalarına geniş yer verilib. Filmdə eyni zamanda Ələkrəm Hümmətovun “Talış Muğan Respublikası”nın yaradılması cəhdlərinə bəraət qazandırılır, eləcə də Azərbaycanın cənub bölgəsində yaşayan talış milliyyətli şəxslərin sayının əslində 500 mindən artıq olduğu barədə qərəzli fikirlər səsləndirilir. Qeyd olunan filmin çəkilişinə Aşot Poqosyan, Oleq Krasnos, Aleksey Ponomaryev və Kirill Boqatıryov köməklik göstəriblər.

unnamed (2).png (177 KB)

 ****

 DAHA BİR XƏYANƏT KADROSUNU TANIYALIM

 Nəsirov Adil Böyükağa oğlu. 04.12.1962-ci ildə Astara şəhərində anadan olub. Rusiya vətəndaşıdır. Hazırda Moskva şəhərində yaşayır.  Nəsirov Adil Böyükağa oğlunun separatçılıq fəaliyyəti 1992-ci ildən - “Azərbaycan Talış Xalq Partiyası”nın Bakının “Bakı” kinoteatrında keçirilmiş birinci qurultayı zamanı (partiyanın üzvləri sonradan “TMR” hadisələrinin əsas iştirakçıları olmuşlar) məlumdur.

O, 1984-cü ilə qədər Astara şəhərində yaşamış, 1-ci həyat yoldaşı milliyətcə talış, hazırki həyat yoldaşı isə milliyətcə rusdur. O, Moskvada hərbi xidmət keçdikdən sonra kontr-admiral rütbəli hərbiçinin sürücüsü işləmiş, sonradan bizneslə məşğul olaraq böyük maliyyə imkanları əldə etmişdir. 1988-ci ildən Moskva şəhərində qeydiyyatdadır.

Adil Nəsirov aktiv şəkildə anti-azərbaycan yönümlü fəaliyyət aparır. O, özünü talışların “lideri” kimi qələmə verir, RF-nin rəsmi dairələrinin üzvləri, hüquq-mühafizə orqanlarının, eləcə də, Dövlət Dumasının deputatları ilə yaxın əlaqələri mövcuddur. O, qanun pozuntusuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış “talış əsilli şəxslər”i məsuliyyətdən azad etdirir.  Bu səbəbdən Moskvada yaşayan talışların əksəriyyəti qanunla problemləri olduğu təqdirdə kömək üçün məhz Adil Nəsirova müraciət edirlər.

 Adil Nəsirov 2000-ci ilin iyun ayından Moskva şəhərində nəşr edilən “Talışskiy vestnik” qəzetinin  ictimai şurasının rəhbəri, RF Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, “talışların tarixi və mədəniyyəti”nin inkişafı adı altında RF-də məskunlaşmış talış milliyYətli şəxslər arasında koordinasiya işinin təşkili və təbliğat işləri ilə məşğul olan “Avesta” Regional Talış Mədəni Cəmiyyətinin rəhbəridir.

Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri də talışlar barədə RF və Ermənistan Elmlər Akademiyaları tərəfindən hazırlanmış, gələcəkdə digər separatçı “elmi araşdırmalara” əsas ola biləcək ideoloji, tarixi, siyasi, etnoqrafik platformanın hazırlanmasıdır. Təşkilatın internet səhifəsində AR, RF, İİR, erməni alimlərinin talışlar barədə elmi əsərləri təbliğ edilir.

 “Talışskiy vestnik” qəzeti qeyd olunan cəmiyyətin mətbu orqanı sayılır. Qəzetin üzərində XVIII-XIX əsrdə mövcud olmuş Talış xanlığının gerbi əks etdirilir (gerbin üzərində də talış meşələrində vəhşi heyvanların yaşadığını göstərən bəbir, talışların əkinçiliklə məşğul olduğunu göstərən çəltik, xanlığın isti aran ərazilərlə əhatə olunduğunu göstərən iki ilan və xanlığın varlı yaşamasını göstərən xəzinə çəkilmişdir). Cəmiyyət tərəfindən və qəzet səhifələrində Ələkrəm Hümmətov, qondarma “Talış Muğan Respublikası”nı (TMR) mütəmadi təbliğ edilir, AR-in ərazi bütövlüyünə qarşı, separatçı-millətçi məzmunlu, tarixi təhriflərə yol verilən məqalələr dərc olunur.

Adil Nəsirov, Moskva şəhərində fəaliyyət göstərən kürd və çeçen icmalarının təşkil etdikləri yığıncaqlarda, mərasimlərdə mütəmadi iştirak edir, çıxışlarında anti-Azərbaycan yönümlü fikirlər söyləyir, Azərbaycanda, talışların mövqelərinin gücləndirilməsi vacibliyini bildirir və gec-tez Azərbaycanda yaşayan talışların milli özünüidarəetmə qurumunun yaradılacağı haqda danışır.

Onun erməni, ləzgi, kürd, çeçen diasporasının nümayəndələri ilə də müntəzəm və sıx əlaqələri, iş birliyi var. O, Abdulla Öcalanın portreti fonunda kürdlərlə çəkdirdiyi fotoşəkilləri evinə gələn qonaqlara fəxrlə nümayiş etdirir.

Adil Nəsirov geniş maliyyə imkanlarına malikdir. Moskvada onun böyük ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Ona məxsus ağır tonnajlı yük avtomobilləri (TİR) Avropa ölkələrinə yük daşıyırlar.      Onun qardaşı Kamil Nəsirov Nijni Mnevniki topdansatış bazasına rəhbərlik edir. İddialara görə, Adil Nəsirov Milli Şuraya maliyyə dəstəyi verir və bunun üçün xüsusi adamlardan istifadə edir.

 ****

MİLLİ ŞURANIN SEPARATÇI ÜZVÜ, KƏRİMLİNİN DOSTU

Xəyanət kadrosunun daha bir üzvü -  Ataxan Əbilovdur. Özü haqda qəzetimizə gedən yazılara bəzən ünvanımıza “sarı mətbuat” yazmaqla, reaksiya verir. Lakin bir vətən xaininin dilindən tənqid eşitmək bizim üçün komplimentdən də üstündür.

unnamed (4).jpg (52 KB)

Ataxan Əbilov 29 iyin 1965-ci ildə Masallı rayonunun Kubin kəndində anadan olub. Hazırda Niderland Krallığında siyasi mühacir qismində yaşayır. Ötən il onun 50 illiyi ilə bağlı Bakıdakı dostu, AXCP sədri Əli Kərimli bir təbrik yazmış və çevrəsindəki millətçiləri də mat qoymuşdu...

 Əli Kərimlinin dostu Əbilov Ataxan Vəli oğlu 1992-ci ildə talış separatçıları tərəfindən yaradılmış “Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası”nın fəal üzvlərindən olub. Bu səbəbdən də 1993-cü ildə hüquq müəllimi işlədiyi Bakı Dövlət Universitetindən qovulub. Əbilovun xarici xüsusi xidmət orqanları ilə əlaqələri var və dəfələrlə onlardan müxtəlif məbləğlərdə maliyyə yardımı alıb. İddialara görə o, Milli Şura və Bakı müxalifəti ilə məhz xarici xüsusi xidmət orqanlarının tövsiyəsi ilə bağlıdır...   

A.Əbilov Azərbaycanı tərk etdikdən sonra Moskva şəhərində Rusiya dövləti ona ölkə ərazisində daimi yaşamaq hüququ və siyasi qaçqın statusu verimişdi. A.Əbilov Rusiyada yaşadığı dövrdə Moskva şəhərində keçirilən  separatçı talış təşkilatlarının müxtəlif toplantılarında yaxından iştirak edib. 14 yanvar 2009-cu ildən Niderland Krallığına mühacirət edib və siyasi mühacir statusu alıb. Hazırda Hollandiyanın Amsterdam şəhərində yaşayır. Eyni şəhərdə yaşayan Hümmətovlarla və Azərbaycanın siyasi mühacirləri ilə yaxşı əlaqələrə malikdir.

Ataxan Əbilov 4.04.2016-cı il tarixdə “voskanapat.info” erməni saytına müsahibə verib. O, müsahibəsində 2016-cı ilin aprel ayı ərzində cəbhə bölgəsində baş vermiş silahlı münaqişələrdən Azərbaycan tərəfinin daha çox ziyan çəkəcəyinə dair qərəzli fikirlər səsləndirib. Deyib ki, buna səbəb kimi Azərbaycanın hakimiyyət orqanlarında çalışan yüksək vəzifəli bəzi məmurların və millət vəkillərinin çıxışları zamanı Azərbaycan torpaqlarının türklərə məxsus olduğuna dair söylədikləri fikirlərdir. Erməni saytına müsahibə verən A. Əbilov iddia edib ki, bu cür fikirlər Azərbaycanda yaşayan milli azlıqları, xüsusən də talışları qəzəbləndirib...

A.Əbilov bu gün də sosial şəbəkələr vasitəsilə aktiv antiazərbaycan təbliğatı aparır. 

Ataxan Əbilovun çevrəsində separatizmi qızışdıran və Azərbaycana qarşı düşmən mövqedə olan "azərbaycanlılar" var. Onlardan biri də Seyran Rəfiyevdi. S.Rəfiyev Ataxan Əbilovun ən yaxın adamlarındandır. Əsas fəaliyyəti Azərbaycana qarşı yönələn bu adam, hər fürsətdə guya talışların Azərbaycanda sıxışdırılaraq təzyiqlərə məruz qaldığını deyir. S.Rəfiyev də Əli Kərimli və onun Avropadakı "silahdaşları" ilə can-ciyərdi. Onun facebook səhifəsinə göz gəzdirməklə bunun belə olduğunu bilmək mümkündür.Seyranın mühacirətdəki AXCP üzvləri ilə fotoları onun facebook səhifəsini "bəzəyir".

 XƏYANƏT KADROSUNUN ƏN PARLAQLARINDAN: Fəxrəddin Aboszadə: İkiüzlü Yanusun canlı təcəssümü

unnamed (3).jpg (13 KB)

 Azərbaycana qarşı cəbhə alan xəyanət kadrosunun ən parlaq simalarından biri də Fəxrəddin Abbaszadədir (Aboszadə). Hazırda onun doğmaları İŞİD sıralarında döyüşür, o isə...

 Bu barədə az sonra...

Dosyesindən: Ermənistanın ölkəmiz əleyhinə apardığı informasiya müharibəsi çərçivəsində bu ilin fevralında İrəvanda hay-küylü başlığı olan “Qafqaz-Xəzər regionunun avtoxton xalqları institutunun əsərləri” bədnam nəşri işıq üzü görüb. Nəşrin başlığının özü elə erməni təbliğat kampaniyasının hədəflərini ortaya qoyur.

Qafqaz-Xəzər regionunun avtoxton (köklü-red.) xalqları: Aralıq dənizi mənşəli ermənilərin onlara nə dəxli var, anlamaq olmur. Nəşrin qarışıq kollektivi xüsusi xidmət orqanları ilə əlaqəli adamlarla bərq vurur. Burda həm “keçmiş” xəfiyyə-irançı Qarnik Asatryan yer alıb, həm də hansısa Levon Yepiskoposyan var. Sonuncu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşlarından biri olmuş və siyasi axtarışlar sahəsini kurasiya eləmiş Qrant Yepiskoposyanın ən yaxın qohumudur. Yəqin ki, işə cəlb edilmiş müəlliflər arasında Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan adamlar da var. Ona görə bu adamların yaşadığı ölkələrin müvafiq strukturları öz alimlərinin hərəkətləri ilə maraqlanmalıdır.

Nəşrin müəlliflərinin sırasında ermənipərəst separatçı Fəxrəddin Aboszadə də yer alıb – hansı ki, Azərbaycan cəmiyyətinə ölkəmizdə millətlərarası ədavəti qızışdırmağa yönəlmiış hərəkətləri ilə yaxşı tanışdır. “Doğma” və “ədalətli” Ermənistana çoxsaylı səfərləri də yadda qalan separatçı bu dəfə “Azərbaycan sərhədində yeni xilafət” adlı başabəla opusu ilə ortalığa çıxıb. Burada o, terror təşkilatı İŞİD-in Azərbaycan və Gürcüstana (nədənsə Ermənistanın adını çəkmir) hədələrindən bəhs edir.

İndi bu nədir – xırda separatçının ixtisas dəyişərək, iri politoloqa çevrilməsi, yoxsa Aboszadə aktual bir şeydən yazır? Ya bəlkə o, yenə də özünə diqqət cəlb eləmək niyyəti güdür?

Bütövlükdə F.Aboszadənin İŞİD kontekstində fəaliyyəti barədə mətbuatda az məlumat var. Bundan öncəki məlumatda o, 2013-cü ilin sonlarında Suriyanın Rakka şəhərində kürdlərin “Demokratik ittifaq” partiyasının həmsədrinin oğlu Şervan Muhəmmədin həlak olması ilə bağlı bu partiyaya başsağlığı verdiyi bildirilir. Kürd separatçılarının İŞİD-lə qarşıdurmasında birincilərin tərəfini tutmaqla Aboszadənin nə dərəcədə səmimi olduğunu heç olmasa, ondan bilmək olar ki, həmin Rakkada, İŞİD tərəfdə onun ən yaxın qohumları döyüşür.

O sırada onun doğma bacısı Hədiyyə Abbasovanın övladları tam tərkibdə - ailələri ilə birgə İŞİD uğrunda vuruşmaq üçün 2013-cü ildə Suriyaya gediblər – özü də Şervan Məhəmməd həlak olmamışdan öncə. Onların arasında Fəxrəddin Aboszadənin bacısı oğlu Hünər Həsənov da var. Həmin il o, Rakkaya yollanarkən özü ilə bərabər, bu kişi ehtiraslarının cəhənnəminə arvadı və 17 yaşlı qızını da aparıb.

Eyni məkana - Suriyaya Aboszadənin həmin bacısının  kürəkəni Seymur Hüseynov da yollanıb – o da öz arvadı, iki oğlu və qızı ilə birgə. S. Hüseynov həlak olaraq, həm arvadını, həm də üç övladını İŞİD-li qardaşlarının mərhəmətinə buraxıb. Həlak olan terrorçuların dul arvadlarının başına nə gəlir, ümumiyyətlə, İŞİD üçün qadının rolu nədən ibarətdir – KİV-lərdə getmiş materiallardan yaxşı məlumdur.

Ancaq təəccüblənməyə tələsməyin. Hədiyyə Abbasovanın digər iki kürəkəni – İmran Qasımov və Xəyyam Həsənov da öz ailələri ilə birgə 2013-2014-cü illərdə Suriyada İŞİD-ə qoşulublar. Göründüyü kimi, Aboszadənin yaxın qohumları talışlar üçün ənənəvi olan şiə İslamına arxa çevirərək, şiələrin qatı düşmənlərinə xidmət etməyə yollanıblar və hələ də Rakkada yaşayırlar. Onlar həm də İŞDİ-in “şəriət polisi”ndə və “məhkəmə orqanları”nda çalışırlar.

Əlbəttə ki, Aboszadənin Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə qazandığı əlaqələri nəzərə alsaq, ehtimal eləmək çətin deyil ki, o, terror təşkilatı ilə əməkdaşlıq edən qohumlarını çoxdan satıb – onun öz doğmaları haqda müvafiq informasiyaları lazımi yerdə saxlanılır. Ancaq yenə sual ortaya çıxır ki, bu adam xüsusi xidmətlərə qarşı səmimidir, ya yox? Axı, məhdud dairələrdə onun olduğu düşərgəni ilk dəfə dəyişmədiyi yaxşı məlumdur.

O zaman niyə də belə ehtimal irəli sürməyək: Aboszadə öz aləmində xüsusi xidmətlərdən istifadə edib Rakkaya “hicrət”ə hazırlaşır – harada ki, təbliğat fəaliyyəti sahəsində təcrübəyə terrorçuların ehtiyacı olacaq. Yaddan çıxarmayaq ki, İŞDİ informasiya əməliyyatlarına həmişə böyük diqqət ayırır. Hər halda, yaşayarıq görərik...

 ****

Xəyanət kadrosunu tanıyaq -  İsmayıl Şabanov:

7467797d-0626-4afc-9614-b2f27107ac1a.jpg (95 KB)

 1965-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuş, RF vətəndaşı, hazırda Moskva şəhərində yaşayan Şabanov İsmayıl Musarza oğlu Rusiyadakı «Talış diasporası» ictimai təşkilatının rəhbəridir. Eyni şəbəkənin üzvü olan İ. Şabanov 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaranmış gərginlikdən sonra Azərbaycana qarşı daha radikal mövqe tutub  Belə ki, 29.12.2015-ci il tarixdə İ.Şabanov Rusiyanın ANNA TV kanalının “Без цензуры: Талыши друзья России на Кавказе” verilişinə dəvət olunaraq, Azərbaycanda yaşayan talışların vəziyyəti barədə söhbət aparıb. Söhbətin əvvəlində talışlar haqqında ümumi məlumat verən İ.Şabanov, tədricən söhbəti Azərbaycanda  talışların ciddi problemlərinin olduğuna istiqamətləndirib. O, 1993-cü ildə Azərbaycanın tərkibində talış muxtariyyətini yaratmaq istədiklərini, lakin hakimiyyət tərəfindən böyük təzyiqlərə məruz qaldıqlarını və qurumun, eləcə də bu istiqamətdə fəaliyyət göstərən talışların məhv edildiyini, bu hadisədən sonra Azərbaycanda talışlara qarşı etnik soyqırım siyasətinin aparıldığını, talış alimlərinin, aktivistlərinin şərlənərək həbsxanalara atıldığını iddia edib. İ.Şabanov Azərbaycanda talışlara qarşı olan bu münasibətlərlə bağlı çoxlu sayda sübut və dəlillər topladıqlarını və zamanı gələndə həmin sənədləri müvafiq qurumlara təqdim edəcəklərini də efirdən bəyan edib. O, həmçinin Azərbaycanda əvvəllər guya talışların sayının qəsdən az göstərildiyini və sonradan bunun beynəlxalq aləmdə Azərbaycanda talış genisodinin aparıldığına dair sual yaranacağından ehtiyat edən hakimiyyətin talışlarının sayını bir qədər çoxaltdığını iddia edib. Aparıçının Azərbaycanda talışların mədəniyyət mərkəzinin olub-olmamasına dair verdiyi sualına cavab olaraq, İ.Şabanov Azərbaycanda hətta talış sözünü dilə gətirməyə imkan verilmədiyini söyləyib

O, Rusiya-Türkiyə münasibətlərinə toxunaraq terrorçulara qarşı mübarizə aparan Rusiyaya məxsus hərbi təyyarənin heç bir əsas olmadan Türkiyə tərəfindən vurulduğunu və bununla da türklərin terrora dəstək verdiyini deyib. Sonra o, daha da irəli gedərək deyib ki, Azərbaycandakı hakim dairələr Türkiyəni dəstəkləməklə terroru dəstəkləyirlər. O, Nardaranda baş verən hadisələr, onun ardınca Lənkəranda və Gəncədə baş verən həbslər haqqında danışıb və bunları belə əlaqələndirib: Azərbaycanın Rusiya ilə birgə İŞİD-lə mübarizə aparmaq yolunu seçməyib, bunun əvəzinə şiələri məhv etmək istiqamətində fəaliyyət göstərir.    Müraciətin sonunda İ.Şabanov talış gənclərinə üzünü tutaraq onları Azərbaycana qarşı təhrik edib.

 Bu xain 03.03.2016-cı il tarixdə İrəvan şəhərində yerləşən Ani Plasa Otelində “Azərbaycanda yaşayan köklü xalqlar: reallıq və perspektivlər” adlı konfransa "skyape" vasitəsilə qoşulub və qeyd olunan tədbiri təşkil etdikləri üçün ermənilərə minnətdarlığını bildirib. Deyib ki, bu cür tədbirlərin tez-tez keçirilməsi vacibdir.

 Beləliklə, Milli Şuranın fəallaşdığı bir dönəmdə musavat.com olaraq bu “ana müxalifət”in ətrafındakı görünməz halələrdən birini görünən etdik. Siyasi iddialar naminə birbaşa erməni kəşfiyyatı ilə əlaqə olan separatçılarla yaxın məsafəli siyasi münasibət saxlamaq insanı heyrətləndirməyə bilmir. Xüsusi xidmət orqanlarının qucağında olan separatçı çevrədən bir-ikisi ilə əlaqə qurmaq vətən xainlərinin hamısı ilə əlaqə qurmaq anlamına gəlir. Və bunu Milli Şuranın rəhbərliyi heç bir tərəddüdsüz edir. Bu qurumun timsalında Ermənistan, Rusiya və İranın xüsusi xidmət orqanları fəaliyyətlərini birləşdiriblər. Hələ heç bir zaman heç bir müxalif qurum Azərbaycana qarşı bu cür koordinasiyalı fəaliyyətə rəvac verməyib.

***

Ataxan Əbilovun timsalında nisbətən “abırlı” koordinatorlarını Milli Şuraya soxan separatçılar və onların arxasındakı xarici xüsusi xidmət orqanları ölkəmizi qarışdırmaq cəhdlərinə start veriblər. “Niyə indi” sualının cavabı da bundadır -  Milli Şuranın aksiya qərarı Bakıdan verilməyib, o qərarı yenə də xarici paytaxtlarda xarici güclər veriblər və Bakıdakı əlamanlarına start üçün göstəriş veriblər.

&nbs






Fikirlər