İLHAM İSMAYILdan talış separatçıları ilə bağlı HƏYƏCAN TƏBİLİ: "DTX BU İŞLƏRƏ SON VERƏ BİLƏR”– VİDEO
“İqtisadi böhran separatçıları fəallaşdırıb. 7 mart tarixində Moskvadan yayımlanan “Talışıstan Milli Televiziyası” 18-ci buraxılışını təqdim edib”.
"AzerTaym.az" Modern.az-a istinadən bildirir ki, bu haqda təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məlumat verib. Onun bildirdiyinə görə, talış separatçılarının liderləri Fəxrəddin Aboszada və İsmayıl Şabanov 27 fevral 2016-cı il tarixində İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar edib, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndiriblər.
“Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan İsmayıl Şabanov muxtariyyət deyil, müstəqil Talışıstan yaranmasının vacibliyinə diqqət çəkib. Hər dəfə televerilişdən əvvəl və sonra səslənən “Talışıstan”ın himnini, Lənkəran haqqında mahnını rus bəstəkarı yazıb və sanki rus hərbi xorunun solisti Kuzma oxuyur.
Azərbaycan dövləti bütün vasitələrlə -diplomatik, hüquqi və əsasən də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) imkanlarıyla bu məsələnin üstünə gedib problemi köklü şəkildə həll etməlidir”,-deyə İlham İsmayıl vurğulayıb.
Ekspert deyir ki, Rusiya Qarabağ problemiylə paralel Talışıstan problemini də gündəmə gətirir:
“2011-ci ildə "Açıq separatizmin məxvi tərəfləri" başlıqlı yazımda dövlətimizə qarşı bu istiqamətdə olan hədənin əsl mənbəyini faktlarla göstərmişdim. DTX bu işlərə son verə bilər.."