Bağçalı: “MHP AKP ilə koalisiya hökuməti YARATMAYACAQ”

Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının sədri (MHP) Dövlət Bağçalı iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya qurağı barədə məlumatları təkzib edib.

İnterpress.az-ın verdiyi xəbərə görə, D. Bağçalı MHP millət vəkili Saffet Sancaqlının prezident Rəcəb Tayyib Ərdoğanı Hindistana səfər zamanı müşayiət etməsinin səbəbini açıqlayıb. O bildirib ki, Ərdoğan xarici səfərlərdə partiyaların təmsilçilərinin nümayəndə heyətində olmasını arzulayır: “Bu səbəbdən deputatımız prezidentlə səfərə gedib. MHP bir neçə nazirlik qarşılığında koalisiya ortağı olmayacaq. Hazırda hökumət işləyir. Hökumətdəki hər hansı dəyişiklik qərarını AKP verir. Bizə koalisiya ilə bağlı təklif gəlməyib".

D. Bağçalı 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı barədə sualı isə “çox irəlini düşünürsünüz” – deyə, cavablandırıb.

 






Fikirlər