Baxçalı ilə Davudoğlu arasında kritik görüş
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Böyük Millət Məclisinin (TBMM) binasında, yerli vaxtla saat 14.00-da başlayan görüşdə koalisiya hökuməti qurulması və ya hökumət qurmaq mümkün olmazsa, erkən seçkilərə hansı şəkildə gedilməsi müzakirə olunur.
Görüşdən hər hansı nəticə əldə edilməzsə, Ə.Davudoğlu hökuməti formalaşdırmaq üçün aldığı səlahiyyəti prezidentə geri verəcək.
Hökuməti qurmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. Həmin tarixdən sonra ya TBMM-nin, ya da prezidentin erkən seçkilər haqqında qərar qəbul edəcəyi gözlənilir.