Bakılı Kasparov Ərdoğanla Putinə nələr dedi? - “İki DİKTATOR...”

Şahmat üzrə əfsanəvi dünya çempionu, Bakı ermənisi olan Harri Kasparov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib. 

BakiPost.az xəbər verir ki, məşhur şahmatçı Ərdoğanı diktator adlandırıb.
"2002-ci ildə Türkiyənin Avropa Birliyinə gedən yolu ilə bağlı məqalə yazmışdım. Demokratiyası güclü olan bir müsəlman ölkəsi ilə xristian Avropası arasında körpünün böyük şans olduğunu bildirmişdim. 
Türkiyə böyük bir tabunu dağıda bilər və müsəlman dünyasında demokratiyanın işləyəcəyini göstərə bilərdi. 
Ancaq yaxın keçmişdə baş verən hadisələr təkcə Türkiyənin özü üçün yox, bir ümidin yıxılması baxımından fəlakət oldu”, - deyə Kasparov qeyd edib. 
Onun sözlərinə görə, Ankara-Moskva əlaqələrinin güclənməsi iki ölkənin yaxınlaşması anlamına gəlməməlidir: "Bu, Putin və Ərdoğanın, iki diktatorun yaxınlaşmasıdır. 
Bu, Stalinlə Hitlerin yaxınlaşmasına bənzər hadisədir. Bu gün dost, sabah düşmən ola bilərlər. Bu münasibətlər Fransa-Almaniya əlaqələrinə oxşamır. Çünki o ölkələrdə əlaqələri şəxslər yox, demokratiyanın gücü müəyyən edir”.
AzerTaym.az






Fikirlər