Azərbaycanın YENİ QONŞUSU, ABŞ-dan QORXUNC HESABAT...
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfər tarixi açıqlanıb. ABŞ Suriyadan çıxacağı vaxtı açıqlayıb. Vaşinqtonun bəyanatına Moskvadan cavab gecikməyib. Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb. Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək. Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq. “Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər”, - deyə o bildirib. Qeyd edək ki, Lavrovun səfəri ilə bağlı məlumatın dünən Putin-Ərdoğan görüşündən sonra yayılması diqqət çəkir. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana, Sankq-Peterburq və Cenevrə sammitlərində əldə olunmuş razılıqların həyata keçirilməsi müzakirə olunub. Ermənistan ordusunda artilleriya birlikləri öz hərbi hissələrini vurub. Artilleriyaçıların təlim məşqləri zamanı səhvən atdıqları mərmi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Səriştəsizlik nəticəsində baş verən hadisə zamanı ölən və yaralananların olduğu deyilir. İtkilər haqda məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun Ermənistanda emiqrasiyanı gücləndirəcək. Bu barədə erməni politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, insanlar onsuz da 18 yaşa çatmış övladlarını orduda xidmət etməməsi üçün ölkədən çıxarırlar: “Bu qanunun qəbulundan sonra emiqrasiyanın tempi yüksələcək”. Rusiyanın Ermənistandakı hərbçiləri Ermənistanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə ortaq təlim keçiriblər. Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Təlim zamanı xüsusən Rusiyanın Erebuni aviabasındakı MiQ-29 qırıcılarından istifadə edilib. Ümumilikdə təlimə 300 hərbçi, 50-dən çox hərbi texnika, eləcə də Buk-M1, S-300V zenit raket kompleksləri cəlb olunub. Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski partiyasının iclasında Şimali Qafqazla bağlı qorxularını ifadə edib. Partiya sədri Şimali Qafqazda yeni dövlətin yaranacağını proqnozlaşdırıb. Jirinovski həmçinin Şimali Qafqazın Rusiyadan ayrılacağı vaxtı konkretləşdirib. "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov Türkiyəni tərk edib. Onun ailəsi ilə birlikdə Fransaya köçdüyü məlum olub. Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətli haqqında cinayət işində çəkilir. Müstəntiqlər həmçinin güman edirlər ki, Telman İsmayılov məmurlar, biznesmenlər və kriminal qruplaşmaların üzvlərindən başqa, məşhur müğənni Avraam Russonun qətlini sifariş edib. Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirərək, ən azı səkkiz insanın qətlini sifariş verib. Türkiyənin S-400 zenit-raket komplekslərini əldə etməsi Ankaranın suveren hüququdur. Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis danışıb. “Bu, Türkiyənin suveren qərarıdır. Doğrudur, NATO silahları ilə uyğunluq təşkil etməyəcəyi aydın məsələdir. Əgər onlar belə hərəkət etmək istəsələr, bu məqamı nəzərdən keçirməli olacaqlar”, - Mettis deyib. Qeyd edək ki, Türkiyənin Rusiya ilə bağladığı S-400 Triumf zenit raket kompleksi təchizatına dair müqavilənin məbləği 2 milyard dollardan çoxdur. Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyası Suriyada qalacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib. “Biz Cenevrə prosesində irəlləyiş əldə olunmayana qədər Suriyadan getməyəcəyik. Bu o demək deyil ki, bəzi qüvvələr Suriyadan çıxacaqlar. Bu o deməkdir ki, hər kəs orada qalacaq. Biz konfliktin diplomatik yolla həlli üçün şərait yaratmağa cəhd edirik”, – deyə o bildirib. ABŞ-ın Suriyanın tərk etməyəcəyinə dair açıqlaması Cenevrə razılaşmalarına ziddir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib. “Dünən Müdafiə naziri Mettisin ABŞ-ın siyasi prosesin doğru istiqamətdə hərəkət etdiyinə əmin olmayana qədər Suriyanı tərk etməyəcəyini söylədiyini eşitdim. ABŞ-ın fikrincə, doğru istiqamət rejim dəyişikliyinin olmasıdır. Baxmayaraq ki, onlar Bəşər Əsədin əvvəlki gedişini tələb etmirlər. Bütün bunlar Cenevrə razılaşmasına ziddir”, – deyə o bildirib. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-a qoşunlarını Suriyadan çıxarmağı təklif edib. Suriya və İraq ərazilərinin İŞİD terror təşkilatından azad olunmasından sonra diqqətlər təşkilatın xarici döyüşçülərinə yönəlib. ABŞ-da yerləşən Soufan Mərkəzinin dərc etdiyi hesabata görə, terrorçular Avropa başda olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb. Bu ölkələr İraq və Suriyanı son iki ildə tərk edən 5400 terrorçunun potensial hədəfinə çevrilib. İŞİD-ə xarici döyüşçü göndərən ölkələrin siyahısında ilk beşlikdə yer almamasına baxmayaraq, Türkiyə Suriya və İraqı tərk edən İŞİD döyüşçülərinin ən çox üz tutduğu ölkədir. Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. İdarə ABŞ-ın terrorçulara dəstəyini göstərən fotofaktları dərc edib. Müdafiə Nazirliyinin məlumatına görə, Amerika Əbu-Kamal qəsəbəsinin azad edilməsi zamanı oradan qaçan terrorçuların kolonunu bombalamaqdan imtina edib və Rusiyanın bunu etməsinə mane olub. Həmçinin bildirilir ki, ABŞ-ın maraqlarının Yaxın Şərqdə müdafiə olunması üçün istifadə edilən İŞİD-in döyüş bacarığı yüksək olan dəstələrin sığınacağında Birləşmiş Ştatlar tərəfindən təchizatın sübutları əldə olunub. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb. Şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq sülh planını qəbul etməsini tələb edib. Bu barədə İngiltərənin “Tayms” qəzeti yazıb. Məqalədə Mahmud Abbasın bir həftə öncə paytaxt Ər-Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə hazırlanan sülh planının müzakirə olunduğu bildirilib.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi də müzakirə edilib.“Azərbaycan bizdən üstündür” - Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ
Azərbaycandan şimalda yeni dövlət yaranacaq - Jirinovskidən DƏQİQ TARİX - VİDEO
Lənkəranskini “Lotu Quli”yə KİM SATIB? - AST Telmanın villasındakı qətl planının ŞOK DETALLARI
AST Telman məşhur müğənninin qətlini sifariş verib - ŞOK İDDA
Ərdoğan Rusiya və ABŞ-a Suriyadan qoşunları çıxarmağı təklif etdi
ABŞ təşkilatından Türkiyə üçün QORXUNC HESABAT
Səudiyyə Ərəbistanından Fələstin liderinə ULTİMATUM: “İstefa ver”