Vurğun Əyyub "qırmızı xətt"i keçdi - QARŞIDURMA

Vurğun Əyyub "qırmızı xətt"i keçdi - QARŞIDURMAMüsavat Məclisinə yeni sədrin seçilməsi partiyadaxili intriqaları gücləndirib.

Toplantıda Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.
Müsavat başqanı Arif Hacılı vurğulayıb ki, Məclis üzvü Vurğun Əyyub Məclisin işində iştirak etmir və səbəb kimi qurumun legitim olmadığını bildirib. O, bu səbəbdən V.Əyyubun Məclis üzvlüyü siyahısından çıxarılmasını təklif edib. Amma müzakirələrdən sonra məsələnin 2015-ci ilə saxlanılması qərara gəlinib.
Bununla belə keçmiş başqan İsa Qəmbər narazıları bir daha hakimiyyətə işləməkdə ittiham edib: “Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın”.

Ad çəkməsə də İsa Qəmbərin kimə sataşdığı hər kəsə bəlli olduğundan ittiham olunan tərəfdən bu açıqlamaya münasibət öyrənilməsi zərurəti yaranıb.

V.Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib ki, o, Məclisi legitim hesab etmir: "Məni legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar. Onların bu müzakirəsi məni maraqlandırmır. Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər”.

Qubad İbadoğlu isə Moderator.az-a açıqlamasında qarşı tərəfə olduqca sərt cavab verib: Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır. Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyəimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq”.
Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib ki, bu açıqlaması ilə Q. İbadoğlu qırmızı xətti keçib. A.Hacılının digər qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli qeyd edib ki, Q.İbadoğlunun açıqlaması qeyri-səmimiliyin daha bir nümunəsidir: "Qurultaydakı çıxışında prezident kimi görmək istədiyi lideri indi sönmüş fişəngə bənzədən bu adamı vaxtılə təbliğ edənlər indi heç olmasa onun əsl simasını görüb xəcalət hissi keçirirlərmi?"






Fikirlər