Yeni CƏBHƏ, libası dəyişdirilən “ÖLÜM QRUPLARI”
Türkiyə Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə bağlı mövqeyini növbəti dəfə açıqlayıb. ABŞ Suriyadakı bazalarında terrorçuları hazırlayır. Moskva Suriyada İŞİD-dən sonrakı hədəfi açıqlayıb. İran parlamenti Qüdslə bağlı qanun layihəsini qəbul edib. Ukraynanın şərqində əsirlərin genişmiqyaslı mübadiləsi həyata keçirilib. Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib.Bu barədə "Rostex"-in baş direktoru Sergey Çemezov deyib. Məlumata görə, müqavilənin dəyəri 2,5 milyard dollardır. "Qalıb yekun sənədləri təsdiqləmək. Deyə bilərəm ki, müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək", - deyə o bildirib. Qeyd edək ki, zenit-raket komplekslərinin ilkin tədarükü 2020-ci ilin mart ayında planlaşdırılır. Dekabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan "S-400" komplekslərinin çatdırılması məsələsinin həllinin vaxtını açıqlayıb. Türkiyənin Baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanında rəsmi səfərə gedib. Binəli Yıldırım paytaxt Ər-Riyadda Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşüb. “Bəşər Əsəd dövlət terroru əsdirən terrorçudur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunis səfəri zamanı həmkarı Beji Kaid əs-Sebsi ilə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Türkiyə liderinin sözlərinə görə, Suriyada daha Bəşər Əsədlə yola davam etmək mümkün deyil. Pentaqon Suriya və İraq ərazisində hələ də mövcud olan İŞİD terrorçuarının sayı barədə rəsmi açıqlama verib. “Son məlumatlara görə, Suriya və İraqda hələ də minə yaxın İŞİD terrorçusu var”, - ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Rayan Dillon deyib. Birləşmiş Ştatlar Suriyadakı bazalarından birindən terrorçuların hazırlığı üçün istifadə edir. Bunu Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində danışıb. Generalın sözlərinə görə, bu barədə informasiyalar kəşfiyyat tərəfindən əldə edilib. O qeyd edib ki, söhbət Xüms əyalətindəki Et-Tanf bazasından gedir. “Kosmik və kəşfiyyatın başqa növlərinin köməyilə əldə edilən məlumatlara görə, bu bazada döyüşçülərin dəstələri var. Onlar orada faktiki olaraq hazırlıq görürlər”, - Gerasimov bildirib. General qeyd edib ki, baza olduqca əlverişli ərazidə - Suriya, İordaniya və İraqın sərhədində yerləşir. “Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib. İran parlamenti Qüdsün Fələstinin daimi paytaxtı olması ilə bağlı qanun layihəsini qəbul edib. Bu barədə İran parlamentinin rəsmi orqanı olan İCANA informasiya yayıb. Məlumata görə, qanun layihəsinin əleyhinə heç bir millət vəkili səs verməyib və 207 səslə qəbul edilib. “Layihənin ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan edərək Fələstin xalqı və müsəlmanlara zərbə vurmaq istədiyi bir vaxtda təsdiq edilməsi olduqca əhəmiyyətlidir”, - İran parlamentinin sədri Əli Laricani deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Rusiya Mərkəzi Seçki Komissiyasının müxalifətçi Aleksey Navalnının prezident seçkilərində namizədliyini qeydiyyatda almaqdan imtina etməsi ilə bağlı qərarı haqqında fikirlərini Rusiyanın daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə adlandırıb. Dövlət Departamentinin nümayəndəsi Kley Noelin Rusiya hökuməti tərəfindən “müstəqil səslərə” qarşı ciddi tədbirlərin görməsi haqqında bəyanatı M.Zaxarovanı bu cür düşünməyə vadar edib. "Və bu insanlar bütün il ərzində Rusiyanın onların seçki prosesinə güya müdaxilə etməsindən narazı idi? Dövlət Departamentinin sonuncu olmayacağına əmin olduğum bəyanatı seçki prosesinə və ölkənin daxili işlərinə birbaşa müdaxilədir", - deyə M.Zaxarova özünün "Facebook" hesabında yazıb. Bu gün Ukraynanın şərqindəki münaqişə ərzində əsirlərin ən genişmiqyaslı mübadiləsi həyata keçirilib. Ukrayna tərəfi Luqansk və Donetsk “xalq respublikaları”nda əsir saxlanılan 74 vətəndaşının azad edilməsi əvəzinə 306 nəfəri azad edib. Kiyevin məlumatına görə, hazırda Donbas separatçıların əsirliyində Ukraynanın 170 vətəndaşı var. Rusiya prezidenti Vladimir Putin Viktor Yanukoviçin ölkədən qaçışı və Maydanda qələbədən əvvəl Krımın işğalına hazırlaşmağa başlamışdı. Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövlətə xəyanətdə ittihamı olunduğu məhkəmə prosesində şahid qismində çıxış edən Ukrayna Silahlı qüvvələrinin Hərbi-Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko bildirib. 2014-cü ilin fevralında sahil mühafizəsi qoşunlarının komandanının müavini vəzifəsini tutan vitse-admiral bildirib ki, Rusiya 2013-cü ildə Krımın işğalı üçün resursları toplamağa başlamışdı. Şimali Koreyadan cənuba qaçan əsgərlərdən birinin qanında Sibir xorası antitellərinə rast gəlinib.Bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb. Məlumata görə, Şimali Koreyadan qaçan əsgərin orqanizmində Sibir xorasına qarşı immunitet yaranıb. Əsgərin xəstəliyə qarşı peyvənd olması, yoxsa bakteriyaya məruz qalması barədə dəqiq informasiya verilməyib. Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya rəhbərliyinin ballistik raket başlıqlarına Sibir xorası virusu yerləşdirdiyi barədə informasiya yayılmışdı. Cənubi Koreya isə xəstəliyə qarşı peyvənd yaradılmadığı üçün belə bir zərbənin faciə ilə nəticələnəcəyini bildirmişdi.Suriyada müharibə hələ indi BAŞLAYIR - Moskva ABŞ-ın planını AÇIQLADI
Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT