Mirmahmud Mirəlioğlu: “Bu şəxslər “zbor” qismində sovet ordusu sıralarında yer almışdı”
20 Yanvar olaylarında ermənilərin iştirakı ilə bağlı əvvəlki illərdə səsələnən iddialar bu günlərdə yenidən gündəmə gəlməkdədir.
Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu da 20 Yanvar olaylarında erməni hərbçilərinin iştirak etdiyini vurğulayıb:
“20 Yanvar böyük qəhrəmanlıq salnaməsidir. 20 Yanvarda şəhid olan soydaşlarımız bizə, bütün cəmiyyətə şəhidliyin mahiyyətini çatdırdılar.
Bakıya daxil olan sovet ordusunun içərisində xüsusi olaraq çağırılmış müəyyən adamlar var idi. Onların bir qisminin saçları uzun idi. Hətta elələri var idi ki, onların saqqalları da var idi. Biz bunlara şahid olmuşuq. Sumqayıta gələnlər arasında da belələri var idi. 20 Yanvar metrosunun ətrafında, Biləcəridə bu cür hərbçilərə şahid olmuşuq. Bu tərkibdə ermənilər də var idi. Onlar Saratov, Krosnadar əyalətlərindən çağırılanlar idi. Onlar “zbor” qismində sovet ordusu sıralarında yer almışdı. O zaman Moskva da ermənipərəst siyasət yürüdürdü. Bir sözlə, 20 Yanvar olaylarında ermənilərin iştirakı olub və bu hadisəyə siyasi qiymət veriləndə məlum amil nəzərə alınmalıdır”.
Fikirlər