Daha iki nəfərin Rusiya prezidentliyinə NAMİZƏD OLDU
Kseniya Sobçak və Maksim Suraykin Rusiya prezidentliyinə rəsmən namizəd olublar. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar verib. Kseniya Sobçak “Vətəndaş Təşəbbüsü” partiyasından, Suraykin isə “Rusiya Kommunistləri”dən seçkilərə namizəd olacaq.