"Mehmetcik"in əldə etdiyi görüntülər hər kəsi ŞOKA SALDI – FOTO

"Mehmetcik"in əldə etdiyi görüntülər hər kəsi ŞOKA SALDI – FOTO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ağır itkilər verən YPG/PKK terror təşkilatı uşaqları məcburi şəkildə silah altına toplayır.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bölgədə ələ keçirilən sənədlər və görüntülər terror təşkilatının çirkin üzünü növbəti dəfə ortaya qoyub.

İnsan Haqqları İzləmə Təşkilatı tərəfindən daha əvvəllər də gündəmə gətirdiyi “PKK-nın uşaq döyüşçüləri” bu dəfə onların özlərinin çəkdiyi fotolarla sənədləşdirilib. Ələ keçirilən sənədlər və fotolara əsasən, terror təşkilatının sıralarına cəlb edilən uşaqların 13-17 yaşlarında olduğunu təxmin edilir.






Fikirlər